ABŞ niyə Ülkü Ocaqlarını hədəf aldı? - Özarslan

ABŞ niyə Ülkü Ocaqlarını hədəf aldı? - Özarslan

Mediainfo.az Türkiyə Milliyətçi Hərəkat Partiyasının baş katibinin köməkçisi Bahadır Buminin Özarslanın Axar.az-a müsahibəsini təqdim edir:

- Baydenin “erməni soyqırımı” açıqlaması, S-400 problemi və Suriyada terror təşkilatlarına yardım məsələsindən sonra Ülkü Ocaqları niyə hədəf kimi görülməyə başladı?

- ABŞ-ın bu mövqeyinin səbəbi xüsusilə 15 iyul 2016-cı ildə FETÖ terror təşkilatı tərəfindən həyata keçirilən çevriliş cəhdindən sonra Türkiyənin türk dünyasına əsaslanan xarici siyasətinin daha da güclənməsidir. 15 iyul gecəsi Dövlət Baxçalının çevrilişə açıq şəkildə qarşı çıxmasıyla başlayan Cümhur İttifaqı yarandığı gündən bəri Türkiyənin maraqlarını əsas götürüb. Bu səbəbdən başda ABŞ olmaqla, Qərb dövlətləri hər fürsətdə Türkiyəni açıq şəkildə hədəfə alıblar. Ülkü Ocaqları türk millətinin bütün maddi və mənəvi dəyərlərini təmsil edir. Təşkilat göstərdiyi fəaliyyətlə yalnız Türkiyədə deyil, eyni zamanda türk dünyasında diqqəti cəlb edir. Buna görə Ülkü Ocaqlarını hədəf almaq yalnız Türkiyə türklərini deyil, bütövlükdə türk dünyasını hədəf almaqdır. Çünki XXI əsrin türk əsri olacağı artıq daha aydın şəkildə görülməyə başlayıb.

- Amerika Konqresinin Nümayəndələr Palatasının Ülkü Ocaqlarının terror təşkilatı olub-olmadığı haqqında məsələnin də araşdırılmasını nəzərdə tutan Milli Müdafiə Qüvvələri haqqında qanununun qəbulunu Türkiyədə etnik zəmində daxili çəkişmə yaratmaq planı olaraq görə bilərikmi?

- Bu məsələ Türkiyənin bütün istiqamətlərdə sıxışdırılması məqsədilə göstərilən fəaliyyətin təzahürüdür. 40 ilə yaxındır ki, Türkiyədə qardaş qırğını çıxarmaq istəyənlər var. Ancaq Türkiyə dövləti və türk milləti heç vaxt buna imkan verməyib və verməyəcək. Bu təklifin məqsədi Türkiyənin də daxilində müəyyən qüvvələrdən dəstək almaq yolu ilə qarışıqlıq çıxarmaqdır. Xarici İşlər Nazirliyimiz öz açıqlaması ilə verilən bu təklifi qınayıb, Türkiyə dövləti məsələ ilə bağlı mövqeyini ortaya qoyub.

- Sizcə, bundan sonra Türkiyə dövləti hansı addımları atmalıdır?

- Türkiyə artıq məsələ ilə bağlı rəsmi etirazını bildirib və bundan sonra Türkiyə özünün xarici siyasət baxışını dəyişdirmədən yoluna davam edəcək. Türkiyəni bölmək və ya zəiflətmək istəyənlər isə məyus olacaqlar. Türkiyə türk dünyası ilə bağlı siyasətini daha da gücləndirmək yolu ilə insanlığın ümidi olacaq şəkildə hərəkət edir. Qərbin və xüsusilə ABŞ-ın oxşar davranışları hər fürsətdə və bütün platformalarda beynəlxalq aləmin diqqətinə çatdırılacaq. ABŞ-ın beynəlxalq hüquqa zidd olan bu mövqeyi beynəlxalq aləm tərəfindən də xoş qarşılanmır. Türkiyə bu məsələdə də aparıcı rol oynamağa davam edəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az