Qarabağda silahlar işə düşdü: “Daha ağır faciələr olacaq“

Qarabağda silahlar işə düşdü: “Daha ağır faciələr olacaq“

Mediainfo.az ehtiyatda olan polkovnik hərbi ekspert Üzeyir Cəfərlinin “Yeni Sabah”a müsahibəsini təqdim edir:

- Qarabağda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə qanunsuz erməni silahlı birləşmələri arasında atışma baş verdiyi iddia olunur. Sizcə, bu xəbər nə dərəcə realdır?

- Xəbəri mən də oxudum və açığı, məni çox sevindirdi. Təəssüflənirəm ki, Rusiya sülhməramlıları arasında itki yoxdur. Sülhməramlılar arasında çoxsaylı itkilər olmasına çox sevinərdim. Bəlkə, onda dərk edərdilər ki, 2020-ci ildə yerinə yerinə yetirməli olduqları vəzifə borclarını yerinə yetirmədiklərinə görə həm Allah, həm də o yaramaz silahlılar tərəfindən cəzalandırıblar.

Neçə aylardır deyirik ki, Qarabağda olan silahlı erməni terrorçuları tərki-silah edilməlidir. Sülhməramlılar bölgəyə məhz buna görə də dəvət olunub. Amma sülhməramlılar min hoqqadan çıxırlar.

Bu, belə də olmalıydı, hələ harasıdır?! Əgər bundan sonra sülhməramlıların Qarabağda “bəslədiyi” erməni tör-töküntüləri qalacaqsa, daha ağır faciələr və nəticələr olacaq.

- Belə olan halda, sizcə, antiterror əməliyyatının vaxtı çatıbmı?

- Qarabağda vəziyyət daha da gərginləşir. Nə qədər Araiklər oradadır, nə qədər ki, Ermənistanın baş prokuroru Xankəndinə gəlib-gedəcək, problemlər qalacaq. Ona görə də, Azərbaycan dövləti sülhməramlılar qarşısında bu məsələni çox ciddi şəkildə qoymalıdır ki, ya onlar vəzifə borclarını yerinə yetirməlidir, ya da Azərbaycanın Komando Qüvvələri antiterror əməliyyatını həyata keçirəcək. Bu, sadəcə zaman-vaxt məsələsidir. Nə vaxt olacaq, bilmirəm, amma olacaq, çünki başqa yol qalmır. Artıq onları məcbur etməliyik. Axı gözləyə bilmərik! İnsanlar yurdlarına köçməlidir. Sabah əhali köçdü oraya, bəs o silahlı birləşmələr, kəşfiyyatçılar və diversantlara görə narahatçılıq keçirəcəklər.

- Bu hadisədən belə qənaətə gəlmək olar ki, sülhməramlılarla separaçtılar arasında da münasibət, iddia olunan qədər, hamar deyil?

- Onsuz da sülhməramlılarla separatçıların arasında vəziyyət gərgin idi. Bunu heç kim gizlətmir və gizlədə bilməz. Sadəcə ruslar orada ermənilərin xidmətindən istifadə edirlər. Nə bilim, orada əxlaqsızlıq, əyyaşlıq, sərxoşluq və digər-digər məsələlər var. Onlar arasında başqa nə ola bilər ki?!

Sülhməramlılar ermənilər üçün bir qalxan rolunu oynayırlar. Bu məsələ də bir daha bunların arasında olan “mehriban” münasibətin olmasının bariz nümunəsidir. Əgər atəş açırlarsa, bu, o deməkdir ki, hələ sabah başqa şeyləri də görəcəyik.

- Məlum xəbərdə qeyd olunub ki, sülhməramlılar Laçın dəhlizindən keçərək Ukraynaya yollanmalı idi. Maraqlıdır, Rusiyanın hərbi potensialı o qədər azdır ki, o, bir ovuc sülhməramlıya möhtac qalıb?

- Sülhməramlıların oradan Ukraynaya dislokasiya olunması sirr deyil. 44 günlük müharibədə Azərbaycana qarşı istifadə olunan texnikanın bəzilərini Ukrayna ərazisində həm qənimət kimi, həm də sıradan çıxarılan texnikalar arasında gördük.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.07.01

2022.06.30

2022.06.29

2022.06.28

2022.06.27

2022.06.26

2022.06.25

2022.06.24

2022.06.23

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az