"Namizədlər arasında mübarizə ədalətli getməlidir"

"Namizədlər arasında mübarizə ədalətli getməlidir"

Müsahibimiz millət vəkilliyinə namizəd Qorxmaz Ernis oğlu Heydərovdur

-Qorxmaz müəllim, son vaxtlar bəzi yerlərdə millət vəkilliyinə namizədlərin təbliğat posterlərinin çırılması hallarına rast gəlinir. Bunu necə dəyərləndirirsiniz?

-Rəqibinin yapışdırdığı təbliğat posterlərini cırmaq, şəkillərinin asıldığı lövhələri yararsız hala salmaq ən səviyyəsiz namizədin işi ola bilər.
Hər bir seçicinin və hər bir namizədin hüquqları var: Namizədin çap materiallarını bilərəkdən kimsə cırırsa, yararsız hala salırsa, barəsində tədbir görülməlidir. Bu halla qarşılaşan şəxs polisə müraciət etməlidir ki, əməli törədən namizəd cəzalandırılsın. Fakt təsdiqini taparsa, təxribatı törədən namizəd məsuliyyətə cəlb olunur.
Eynilə namizədin təmsilçiləri rəqib tərəfə qarşı belə bir addım atarsa, qanun qarşısında cavab verməlidir.
Namizədlərin qeydə alınan gündən toxunulmazlığı var, ancaq bu hüquq ləğv də edilə bilər. Bu toxunulmazlıqdan sui-istifadə edən şəxs Mərkəzi Seçki Komissiyası tərəfindən cəzalandırıla, toxunulmazlığı ləğv oluna bilər. Rəqibə qarşı çap materiallarını cırmaq və ya bu kimi addımlarla mübarizə aparan namizəd haqqında MSK-ya müraciət edilir. Əsaslı faktlar olduğu təqdirdə qanunsuz addım atan şəxsin namizədliyi ləğv olunur.

- Millət vəkiliyinə namizədlər sosial şəbəkələrin gücündən daha çox istifadə etməyə üstünlük verir. Bəs, medianın hansı növü namizədə real seçici qazandırır? Hansı təbliğat forması daha effektivdir?
-Onlara səsi bütün ölkə verməyəcəyinə görə namizəd olduğu şəhərdə, rayonda yaşayan əhali informasiyanı hansı mənbədən əldə edirsə, o media vasitəsi üzərindən kommunikasiya qurmaq daha yaxşı olar. Hansısa bölgənin qəzeti, televiziya kanalları vasitəsilə çıxış etmək olar. Yaxud da bölgədə yayımlanan radio varsa, onun vasitəsilə təbliğat aparmaq olar. Əlbəttə ki, sosial media kanallarını sırf həmin ərazi üzrə yönləndirməklə təbliğat aparmaq daha uğurlu alınar, nəinki ümumrespublika səviyyəsində pul, enerji xərcləməklə. Sosial şəbəkələrdə ümumi təbliğat aparmaq onlara sadəcə populyarlıq qazandıra bilər. Bəlkə də namizədin məqsədi hansısa bölgədən deputat seçilmək yox, Bakıda hansısa bir kütləyə "Mən deputatlığa namizədəm" mesajı verməkdir. Mən Şəmkirdən olan namizədin təbliğatını Bakıdan görürəmsə, bəlkə də onun niyyəti heç Şəmkirdən seçilmək yox, Bakıda hansısa kütləyə özünü göstərməkdir. Bəlkə də gələcəkdə müəyyən auditoriya ilə bağlı planları var, sadəcə seçkilərdən şəxsi piarı üçün istifadə edir.
Ümumi mənzərə bundan ibarətdir ki, namizədlər ümümrespublika səviyyəli medialara çıxırlar, buna daha çox vəsait xərcləyirlər. Amma onların böyük əksəriyyəti hədəfə, seçiciyə yönəlmiş deyil. 5-10 faizin təbliğatı seçiciyə çatırsa, qalan 90-95 faizinki isə onun seçilib-seçilməyəcəyində payı olmayan auditoriyaya çatdırılır.
Bu namizədin təbliğat apardığı bölgəyə görə dəyişir. Cənubda, şimalda, Aranda vəziyyət daha fərqlidir, Bakı şəhərində isə vəziyyət tamamilə fərqlidir. 26 saylı Sabunçu birinci seçki dairəsindən namizədəm. Məsələn, burada, çox təəssüf ki, sadəcə bir neçə verilişə baxırlar, qəzet materialını, ümumiyyətlə, oxuyan yoxdur. İnsanlar informasiyanı ancaq internet üzərindən əldə edir. Biz də maksimum dərəcədə çalışırıq ki, təbliğatımızı bu istiqamətdə aparaq. Hədəf kütləmiz bəllidir. Onların baxdığı ancaq Yutub(Youtube), Feysbuk(Facebook), İnstagram, bir də bəzi xəbər saytlarıdır. Ona görə də təbliğat hər yerdə ədalətli, məqsədəuyğun şəkildə aparılmalıdır.

Əziz Mustafa

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az