Deputatlar gələn həftə tətilə çıxır

Deputatlar gələn həftə tətilə çıxır

Gələn həftə – iyulun 15-də Azərbaycan Milli Məclisinin deputatları tətilə çıxacaqlar.

Mediainfo.az-ın məlumatına görə, parlament üzvləri avqust ayının 30-dək istirahətdə olacaqlar.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, qanunverici orqanın payız sessiyası sentyabrın 30-da başlayır və dekabrın 30-dək davam edir. Sentyabrın 15-dən isə MM-in komitələri fəaliyyətə başlayır.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.

Belə ki, "Milli Məclis deputatının statusu haqqında" qanunun 21-ci maddəsində qeyd edilib ki, Milli Məclisin Sədri 2 475 manat miqdarında aylıq vəzifə maaşı alır. Parlament Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2 227,5 manat), Milli Məclis Sədrinin müavini - 85 faizi (2 103,75 manat), qanunverici orqanın komitə və komissiya sədri - 80 faizi (1 980 manat), parlamentin komissiya sədrinin müavini - 75 faizi (1 856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1 732,5 manat) aylıq vəzifə maaşı alır.

Parlamentin bir qrup deputatının növbədənkənar sessiyanın çağrılması təşəbbüsü ilə çıxış etdiyini də nəzərə alsaq, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.08.04

Avropadan ABŞ-a zərbə Avropadan ABŞ-a zərbə 4 Avqust 16:35
Sabaha olan hava proqnozu Sabaha olan hava proqnozu 4 Avqust 15:46

2020.08.03

2020.08.02

2020.08.01

2020.07.31

2020.07.30

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az