Türkiyə Omanda hərbi baza yarada bilər

Türkiyə Omanda hərbi baza yarada bilər

Oman Ankaranın Yaxın Şərq siyasətində etibarlı tərəfdaşı ola bilər.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu sözləri siyasi ekspert Vüqar Zifəroğlu Türkiyənin Omanda hərbi baza yaradacağı ilə bağlı iddiaları şərh edərkən Axar.az-a açıqlamasında deyib.

O bildirib ki, Türkiyə Omanda hərbi baza yarada bilər, çünki bu ölkə Ankaraya qarşı fərqli münasibəti ilə seçilir:
“Qətər krizi vaxtı Oman digər ərəb ölkələrinin əksinə olaraq Türkiyə ilə birlikdə Qətərə dəstək verdi. Ümumiyyətlə, Oman olduqca strateji bir mövqeyə sahibdir. Xüsusilə İran, BƏƏ, Səudiyyə Ərəbistanı, Yəmən kimi ölkələrlə həmsərhəd olması Omanı strateji ölkə halına gətirir. Omanın İranla da münasibətləri olduqca mülayimdir”.
Ekspertin sözlərinə görə, Türkiyə Qətərin ardınca indi də Omanda hərbi baza yaratsa, faktiki olaraq BƏƏ-ni mühasirəyə almış olacaq:

“Türkiyənin Qətərdən sonra Omanda da hərbi baza yaratması bu iki ölkə arasında qalan və regionda rəsmi Ankaranın ayağına dolaşan BƏƏ-yə ciddi təzyiq imkanı yaradacaq. BƏƏ Türkiyənin Omanda hərbi baza yaratmasından sonra rəsmi Ankara əleyhinə xarici siyasətdə əvvəlki kimi aktiv ola bilməyəcək”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az