Gürcüstandan daha 352 nəfər azərbaycanlının təxliyəsi prosesi başlanılıb

Gürcüstandan daha 352 nəfər azərbaycanlının  təxliyəsi prosesi başlanılıb

Gürcüstanda daha 352 nəfər azərbaycanlının Azərbaycana təxliyəsi prosesi başlanılıb.

Hazırda həmin şəxslər Azərbaycanın Gürcüstandakı səfirliyinin binası qarşısında toplaşır.

Onların hamısının ötən gün koronavirusla bağlı verdikləri testlərin cavabı neqativ çıxıb. Həmin şəxslərin 107-si Azərbaycan vətəndaşı, 233-ü Gürcüstan, 12-si isə Rusiya vətəndaşıdır.

Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı aldıqdan sonra saat 10:00-da 6 avtobusla Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.

Qeyd edək ki, indiyədək Gürcüstan vasitəsilə min nəfərdən çox azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az