Pompeo Vyanada

Pompeo Vyanada

ABŞ Dövlət katibi Maykl Pompeo avqustun 13-də Mərkəzi Avropa turu çərçivəsində Vyanaya səfər edib.

Mediainfo.az xəbər verir ki, dövlət katibinin səfərinin üçüncü mərhələsini təşkil edən Vyanada sıx görüş qrafiki nəzərdə tutulur. M.Pompeo avqustun 14-də burada Avstriyanın dövlət rəhbərliyi ilə yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi və Yunanıstanın Xarici İşlər naziri Nikos Dendias ilə görüşəcək.

Avstriya tərəfi səfər öncəsi görüşlərin uğurlu keçəcəyinə əminlik ifadə etsə də, tərəflər arasında bir sıra mövzularda fikir ayrılığı mövcuddur. Onlardan ən vacibi beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) inkişaf etdirilməsində Çin şirkətlərinin iştirakını məhdudlaşdırmaqdan ibarətdir. ABŞ Avstriyadan “Huavey” kimi şirkətlərlə əməkdaşlığı dayandırmağı gözləyir. Həm bu mövzuda, həm də “Nord Stream 2” qaz kəməri layihəsində öz iqtisadi maraqlarını nəzərə alan Avstriya ABŞ-ın ümidlərini doğrultmaya bilər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az