Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Soçidə Putinlə Lukaşenko arasında görüş olacaq

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko sentyabrın 14-də Soçidə danışıqlar aparacaqlar.

Mediainfo.az “TASS”-a istinadən xəbər verir ki, bu, Belarus prezidentinin seçkilərdən sonra ilk xarici səfəri olacaq.

Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb. Belarus prezidentinin Rusiyaya səfərindən əvvəl Rusiyanın Baş naziri Mixail Mişustinin sentyabrın əvvəlində Minskə səfəri də daxil olmaqla intensiv hazırlıqlar görülüb.

Görüşdə iki ölkə arasında bir sıra münasibətlərin müzakirə olunacağı da bildirilir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az