Trüdo və Merkel arasında telefon danışığı olub

Trüdo və Merkel arasında telefon danışığı olub

Kanadanın baş naziri Castin Trüdo və Almaniyanın kansleri Angela Merkel arasında telefon danışığı olub.

Mediainfo.az xəbər verir ki, bu barədə Kanada hökuməti başçısının mətbuat xidməti məlumat yayıb.

İki hökumət başçısı telefon bağlantısı zamanı zamanı Belarusdakı vəziyyəti və rusiyalı müxalifət lideri Aleksey Navalnı ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

“Onlar Rusiya ilə münasibətlər mövzusuna toxunublar və rusiyalı müxalifət lideri Aleksey Navalnının zəhərlənməsini faktını qınayıblar. İki ölkənin liderləri Belarusdakı vəziyyətdən bəhs edərək, burada dinc şəkildə və demokratik qaydada dəyişikliklərin aparılmasının vacibliyini qeyd ediblər”, - məlumatda belə deyilir.

Bundan başqa, Trüdo və Merkel yeni növ koronavirus pandemiyası ilə bağlı vəziyyəti və Kanada-Almaniya münasibətlərini müzakirə ediblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az