Sabah Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi müzakirəyə çıxarılacaq

Sabah Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi müzakirəyə çıxarılacaq

Sabah Milli Məclisin İntizam komissiyasının Əsasnamə layihəsi müzakirəyə çıxarılacaq.

Mediainfo.az-ın məlumatına görə, Əsasnamə İntizam komissiyası və parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə olunacaq.

İntizam komissiyasının sədri APA-ya açıqlamasında bildirib ki, Əsasnamə layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlandığı üçün İntizam komissiyası ilə bu komitənin birgə iclası keçirilərək müzakirə aparılacaq. Müzakirədən sonra Əsasnamə layihəsi ilə bağlı müvafiq qərar qəbul ediləcək.

Qeyd edək ki, komissiyanın səlahiyyətləri Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci maddəsində öz əksini tapıb. İntizam komissiyası öz səlahiyyətlərini intizam tədbirlərinin tətbiqi ilə parlamentdaxili məsuliyyətə cəlb etməklə həyata keçirir. İntizam komissiyasının fəaliyyətini tənzimləyəcək yeni Əsasnamədə komissiyanın səlahiyyətləri, deputatın hüquq və vəzifələri, müraciətlərə baxılması qaydası və digər məsələlər öz əksini tapacaq.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az