Lavrov Səudiyyə Ərəbistanının XİN ilə danışıqlar aparıb

Lavrov Səudiyyə Ərəbistanının XİN ilə danışıqlar aparıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə ərəbistanının xarici işlər naziri Feysəl Ben Fərhad ilə danışıqlar aparıb.

Mediainfo.az Russian.rt.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici siyasət idarəsinin saytında məlumat verilir.

Qeyd olunur ki, tərəflər Yəməndə hərbi-siyasi və sosial-iqtisadi vəziyyəti müzakirə ediblər.

"Bu zaman əsas diqqət BMT-nin atəşkəsə nail olmaq, humanitar xarakterli təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi və hərtərəfli postmüharibə nizamlanması prosesinin başlanması məqsədilə BMT-nin həyata keçirdiyi səylərin dəstəklənməsinə yönəldilib", - deyə məlumatda bildirilir.

Lavrov qeyd edib ki, "Yəməndə çoxdan gözlənilən sülh və sabitliyin bərqərar edilməsi istiqamətində irəliləyiş yalnız bu ölkənin bütün aparıcı siyasi qüvvələrinin, konfessional qruplarının və regionlarının maraq və narahatlıqlarını nəzərə alaraq, həmçinin "xarici oyunçular"ın səylərini birləşdirməklə mümkündür.

"Bu baxımdan, Fars körfəzi zonasında təhlükəsizlik konsepsiyasının hazırlanması ilə bağlı Rusiya təşəbbüsünə Səudiyyə nazirinin diqqəti cəlb edilib", — deyə XİN-dən bildiriblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az