Rusiya XİN Lavrovla Ara Ayvazyanın görüşünün yekunları ilə bağlı məlumat yayıb

Rusiya XİN Lavrovla Ara Ayvazyanın görüşünün yekunları ilə bağlı məlumat yayıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan Moskvada keçirilən danışıqlarda Qarabağla bağlı üçtərəfli bəyanatların icra olunmasının bütün aspektlərini müzakirə ediblər.

Mediainfo.az-ın xəbərinə görə, bu barədə Rusiya Xarici işlər Nazirliyinin (XİN) S. Lavrov A. Ayvazyan görüşünün yekunu ilə bağlı yaydığı məlumatda bildirilib.

“Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icra olunmasının bütün aspektləri ilə bağlı ətraflı müzakirə aparılıb. Hərbi əsirlərin mübadiləsi, humanitar yardım, Baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli işçi qrupun xətti ilə regionda nəqliyyat əlaqələrinin bərpası məsələlərinə xüsusi vurğu edilib”, - deyə Rusiya XİN-in məlumatında qeyd olunub.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az