Finlandiya üçhəftəlik lokdaun tətbiq edəcək

Finlandiya üçhəftəlik lokdaun tətbiq edəcək

Finlandiya hökuməti koronavirusla bağlı vəziyyətin pisləşməsi səbəbindən martın 8-dən 28-dək mövcud məhdudiyyətlərə əlavə qadağalar da tətbiq edəcək.

Mediainfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Sanna Marin mətbuat konfransında bildirib.

“8-28 mart tarixlərində Finlandiya üçhəftəlik lokdaun tətbiq ediləcək. Bu halda artıq qəbul edilmiş məhdudlaşdırıcı tədbirlərdən əlavə, orta məktəb səviyyəsində və əsas təhsilin yuxarı siniflərində distant təhsil tətbiq ediləcək. Bundan başqa, 12 yaşdan yuxarı şəxslər üçün qrup dərsləri dayandırılacaq”, - o deyib.

S.Marin qeyd edib ki, hökumət prezidentlə birlikdə ölkədə fövqəladə vəziyyət elan etməyə hazırdır.

Nazirlər Kabineti səhiyyə sisteminin yüklənməsinin qarşısını almaq üçün atılan bu addımlarla yoluxma sayının azalacağına ümid edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az