Təhlükəsizlik Şurasından Sarkisyana təzyiq: Qasparyanın qovulması tələb edilir

Təhlükəsizlik Şurasından Sarkisyana təzyiq: Qasparyanın qovulması tələb edilir

Ermənistan Təhlükəsizlik Şurası ordunu siyasi proseslərə cəlb etmək cəhdlərini pisləyən və prezidentdən Baş Qərargah rəhbərinin vəzifəsindən kənarlaşdırılması ilə bağlı fərman imzalamağa çağıran bəyanatla çıxış edib.

Mediainfo.az xəbər verir ki, bəyanata əsasən, ölkə konstitusiyası silahlı qüvvələrin siyasi proseslərə cəlb olunmasının yolverilməzliyini və onların mülki nəzarətdə olduqlarını açıq şəkildə müəyyən edib.

Qanuna görə, hökumət başçısı Baş Qərargah rəisinin vəzifəsindən kənarlaşdırılması və ya təyin edilməsi barədə təqdimat verir. Prezident də öz növbəsində konstitusiyaya əməl olunmasını izləyən ən vacib institut olaraq uyğun yanaşma göstərməyə borcludur.

"Yuxarıda göstərilənlərə əsasən, Təhlükəsizlik Şurası prezidenti Baş Qərargah rəisinin vəzifəsindən azad edilməsi və müvafiq fərman imzalaması ilə bağlı baş nazirin vəsatətini təmin etməyə çağırır".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az