Müharibənin dağıdıcı təsirləri olacaq

Müharibənin   dağıdıcı təsirləri olacaq

Nə hərbi həll yolu, nə bombalar, nə də pilotsuz aparatlar Liviyaya sülh gətirəcək.

Mediainfo.az xəbər verir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Düjarrik deyib.

“BMT-nin mesajı birmənalıdır: Bombardmanı və atışmaları dayandırın!” - deyə diplomat bildirib.

Qurumun Liviya üzrə xüsusi nümayəndəsinin müşaviri Stefan Vilyams Liviya böhranının başqa məcraya istiqamətləndiyini vurğulayıb:

“Hər iki tərəf silah, hərbi təchizat və muzdlu əsgər axınına şahid olur. Buradan belə nəticəyə gəlirik ki, müharibə daha da genişlənəcək, kəskinləşəcək və dərinləşəcək. Təəssüf ki, bunun da Liviya xalqı üçün dağıdıcı təsirləri olacaq”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az