Rusiya Qərbə qarşı müharibəyə hazırlaşır

Rusiya Qərbə qarşı müharibəyə hazırlaşır

Rusiya və Belarus üç savaş mərkəzi qurmaqla bağlı razılaşıb.

Oxuməni.az-ın məlumatına görə, Rusiya Müdafiə naziri Sergey Şoyqu və Belarus Müdafiə naziri Viktor Xrenin Moskvada bir araya gələrək sözügedən mövzuda razılaşmanı imzalayıblar.

Razılaşma ilə bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, müqaviləyə əsasən, Belarusda bir, Rusiyada isə iki müharibə mərkəzi yaradılacaq.

Qərb ölkələrini özləri üçün təhlükə olaraq qəbul edən Belarus və Rusiya razılaşma ilə quracaqları mərkəzlərdən birini Belarusun daim gərginlik yaşadığı Polşa sərhədindəki Qrodno bölgəsində yaradacaqlar.

Digər iki savaş tədris mərkəzi Rusiya sərhədləri daxilində yerləşəcək. Bu bölgələrdən biri Rusiyanın ən güclü hərbi birləşmələrinin yerləşdiyi Nijni Novqorod bölgəsi, digəri isə Rusiyanın Polşa sərhədindəki Kalininqrad bölgəsidir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az