Ermənistan qondarma "soyqırım" ideyasından əl çəkməyə hazırdır - Video

Ermənistan qondarma "soyqırım" ideyasından əl çəkməyə hazırdır - Video

Ermənistan qondarma "soyqırım" ideyasından əl çəkməyə hazırdır. Bu halda artıq dünyanın müxtəlif ölkələrində indiyədək təşkil olunan "erməni soyqırımı" ilə bağlı tədbirlərə rəsmi səviyyədə sponsorluq edilməyəcək.

Mediainfo.az xəbər verir ki, bu barədə Ermənistan “Politik.am” nəşri hökumətdəki etibarlı mənbələrə istinadən yazıb.

Saytın məlumatına görə, hazırda İrəvanla Ankara arasında gizli danışıqlar davam edir:

“Ankara İrəvandan qondarma “erməni soyqırımı” ideyasından imtina etməyi tələb edib. Türklər bununla bağlı Ermənistan tərəfinə bütün arxiv məlumatlarını təqdim etməyə hazırdırlar. Ankara əminliklə bildirir ki, təqdim olunan bu faklara əsasən əksər insanların şüurunda illərdir kök salan o illərin saxta məlumatları fiaskoya uğrayacaq.

Türkiyənin bu tələbinə İrəvanın razılıq verməyə hazır olduğu bildirilir. Ermənistan tərəfi öz növbəsində iki ölkə arasında sərhədlərin açılma istəyini dilə gətirib”.

Mediainfo.az videogörüntüləri təqdim edir:

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.04.16

2021.04.15

2021.04.14

2021.04.13

2021.04.12

2021.04.11

2021.04.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az