Babçenko: Ukrayna bombalanacaq, böyük xaos yaranacaq

Babçenko: Ukrayna bombalanacaq, böyük xaos yaranacaq

Rusiya ordusunun genişmiqyaslı hücumu Ukraynanın böyük ərazisinin bombardman edilməsi ilə nəticələnəcək.

Mediainfo.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert Arkadi Babçenko deyib.

Onun sözlərinə görə, Moskva üçün əsas məsələ xaos və Avropanı qorxudan böyük qaçqın kütləsi yaratmaqdır. Məhz bunun nəticəsində Qərb Kiyevdə rusyönümlü hökumətə razı olacaq:

“Ukraynanın bütün ərazisinə zərbə endiriləcək. Bu, Donbasda baş verənlərin (2014-cü ildə - red.) eynisi olmayacaq”.

Babçenko əlavə edib ki, Rusiya Belarus və Ukraynanın “bufer zona” kimi saxlanılması üçün əlindən gələn hər şeyi edəcək.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az