Ərdoğan Şimali Kipr Konstitusiya Məhkəməsinin sədrinə xəbərdarlıq edib

Ərdoğan Şimali Kipr Konstitusiya Məhkəməsinin sədrinə xəbərdarlıq edib

“Şimali Kipr Türk Cümhuriyyətinin Konstitusiya Məhkəməsinin sədri hər şeydən əvvəl dünyəvi dövlətin nə olduğunu öyrənməlidir. Onun açıqlamalarını qəbul etməyimiz mümkün deyil”.

Mediainfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında söyləyib.

Şimali Kipr Türk Cümhuriyyətində Quran kurslarının qadağan edilməsinə münasibət bildirən dövlət başçısı deyib: “Yanaşmasını dəyişməlidir, əks təqdirdə biz Şimali Kiprdə dini azadlığın boğulmasına, Quranın öyrədilməsinin qarşsının alınmasına hesablanan addımlara icazə verməyəcəyik. Türkiyədə qaydalar necədirsə, Şimali Kipr də onu tətbiq etməlidir. Din düşməni olan QHT-lərin addımlarını qəbul etməyimiz mümkün deyil. Konstitusiya Məhkəməsinin sədri tutduğu yalnış yoldan təcili dönməlidir. Əks halda bizim atacağımız addımlar fərli olacaq. İstəyirəm ki, bunu da bilsinlər”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az