Minneapolisdə 72 saat müddətinə fövqəladə vəziyyət rejimi elan edilib

Minneapolisdə  72 saat müddətinə  fövqəladə vəziyyət rejimi elan edilib

ABŞ-ın Minneapolis şəhərinin meri Ceykob Frey afroamerikalı Corc Floydun ölümünə görə şəhərdə polislə baş verən toqquşmalardan sonrakı etirazlar fonunda 72 saat müddətinə qədər fövqəladə vəziyyət rejimi elan edib.

Mediainfo.az xəbər verir ki, bu barədə meriyanın saytındakı sərəncamda deyilir.

"Fövqəladə vəziyyət rejimi bu sərəncam tarixindən 72 saat ərzində qüvvədədir və davam edəcək…", - mayın 28-ə aid olan sənəddə deyilir.

Hakimiyyət orqanlarının fikrincə, sakinlər və şəhərin qonaqları "ciddi xəsarətlər və ya ölüm" təhdidi altındadırlar və sonrakı belə qarışıqlıqların ehtimal edilməsi qeyri-adi tədbirlərin qəbulunu tələb edir".

Göstəriş şəhərin fövqəladə vəziyyətlər üzrə idarəetmə başçısına ən yaxın şəhərlərdən və dairələrdən, ştat və federal hakimiyyətdən lazımi köməyi və resursları tələb etməyi tapşırır.

Bundan başqa, yerli hakimiyyətin sorğusu üzrə ştatın qubernatoru təhlükəsizliyin təmin olunması üçün Milli Qvardiya bölmələrini cəlb etmək barədə göstəriş verib.

Corc Floydun ölümü ilə nəticələnən videogörüntülərinin yayılması Minneapolisdə və başqa şəhərlərdə kütləvi qarışıqlıqlara səbəb olub. Videoda polis əməkdaşlarının Floydu yıxaraq qollarını qandallamaları, həm də zabitlərdən birinin dizi ilə ona boğazını sıxması əks edilir. Saxlanılan şəxs əvvəlcə bir neçə dəfə nəfəs ala bilmədiyini deyib, sonra isə huşunu itirib. Floyd xəstəxanaya yerləşdirilib və reanimasiyada ölüb.

Bu informasiya yayıldıqdan sonra şəhər polisinin rəhbərliyi saxlanılmada iştirak edən dörd zabitin işdən çıxarıldığını elan edib. Şəhərdə dağıntılar və yanğınlarla müşayiət olunmuş etiraz aksiyaları keçirilib. Floydun həlak olmasının araşdırılmasına Federal Təhqiqat Bürosu (FTB) da qoşulub. FTB bu işi prioritet hesab edir.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az