“Keşikçidağ məsələsi Gürcüstan və Azərbaycanın strateji maraqlarına uyğun həll ediləcək” - XİN

“Keşikçidağ məsələsi Gürcüstan və Azərbaycanın strateji maraqlarına uyğun həll ediləcək” - XİN

“Gürcüstan baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfəri zamanı David Qareci (Keşikçidağ – red.) məsələsi əsas müzakirə mövzularından biri olub”.

Mediainfo.az xəbər verir ki, bunu Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani deyib.

O, hökumət başçısının Bakıya rəsmi səfərini yüksək qiymətləndirib.

Nazir bildirib ki, Gürcüstanın strateji tərəfdaşı - Azərbaycan məsələnin mümkün qədər tez həll olunmasına hazırlığını bir daha nümayiş etdirib: “Bu, olduqca vacibdir. Məsələnin həllində hər iki ölkənin maraqları nəzərə alınacaq. Baş nazirin Azərbaycana son səfəri zamanı hökm sürən ab-hava onu deməyə imkan verir ki, bu məsələ hər iki tərəfin strateji maraqlarına uyğun həll olunacaq”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az