“Bu biabırçılıqdan sonra Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina etməlidir“

“Bu biabırçılıqdan sonra Azərbaycan Minsk qrupunun fəaliyyətindən imtina etməlidir“

Azərbaycan hökumətinin dəvəti ilə iyulun 9-u xarici ölkə səfirləri Füzuli və Şuşaya səfər edib. Lakin onlar arasında ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ, Rusiya və Fransanın səfirləri yer almayıb. Belə ki, sözügedən ölkələrin səfirləri Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən səfərdə iştirak etməkdən, xüsusilə Şuşaya getməkdən imtina ediblər. Bu isə cəmiyyətdə müzakirələri yenidən alovlandırıb.

Mediainfo.az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu qeyd edib ki, həmsədr ölkələrin səfirlərinin Şuşaya getməməsi Azərbaycanın öz torpaaqlarını azad etməsinə protest kimi dəyərləndirilməlidir:

“Onlar arzulamırdılar ki, bu müharibə haqlı olaraq Azərbaycanın xeyrinə qurtarsın. Ona görə də öz etirazlarını bu şəkildə ifadə ediblər və bu çox biabırçı faktdır. Azərbaycan hökuməti həm Minsk qrupunun fəaliyyətini dayandırması, həm də bu ölkələrlə bağlı lazım olan mövqeyini konkret şəkildə ortalığa qoymalıdır”.

“Biz onları cəzalandırmamalıyıq. Sadəcə olaraq Minsk qrupunun artıq fəaliyyətinin dayandırılması, Azərbaycanın Minsk qrupunun fəaliyyətindən imtina etməsi ilə bağlı Azərbaycan hökuməti qərarını verməlidir. Yeganə çıxış yolu budur”,-deyə siyasətçi bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az