“Putinin İlham Əliyevə bunu bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu...”

“Putinin İlham Əliyevə bunu bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu...”

"Ümid edirik ki, Rusiyanın sülhməramlı kontingenti bu yaxınlarda, ən azı, qanunsuz erməni silahlı birləşmələrinin ərazimizdən çıxarılmasını təmin edəcəkdir..."

“Bundan sonrakı əsas vəzifəmiz isə sağ qalan məcburi köçkünlərimizin və onların nəsillərinin Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışını və daimi məskunlaşmasını təmin etməkdir...”

“Düşmən güclərə adekvat müqavimət göstərmək və yerdə qalan vacib problemlərimizi həll etmək üçün, 44 günlük müharibədə olduğu kimi, ümummilli birliyimizi daha mütəşəkkil formada təmin etməliyik...”

“Azərbaycanın dövlət başçısı İlham Əliyevin Rusiya paytaxtında həmkarı Vladimir Putinlə növbəti görüşü dövlətimizin 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra Qarabağın yuxarı hissəsində və Zəngəzurda natamam qalmış işlərini yaxın müddətdə tamamlaya biləcəyinə müəyyən ümidlər yaradır. Təbii ki, görüşün mediaya qapalı hissəsində Ermənistan sərhədindəki və Yuxarı Qarabağdakı vəziyyət barədə daha ciddi müzakirələr olub”.

Mediainfo.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov ifadə edib.

“Rusiya liderinin "Dağlıq Qarabağdakı vəziyyətin tənzimlənməsilə bağlı kompromis qərarlar tapdığı" üçün İlham Əliyevə təşəkkür bildirməsi xüsusi diqqətçəkən məqamlardan biri oldu. Bəli, Putin də, Kremldəki digər rəhbər şəxslər də Azərbaycanın nəinki 10 Noyabr üçtərəfli razılaşmasından keçən 8-9 ayda, eləcə də ondan əvvəlki, torpaqlarının 30 illik işğalı dövründə də Ermənistana və Qarabağdakı separatçı rejimə kifayət qədər güzəştlərə getdiyini gözəl bilirlər. Həmin müddət ərzində Azərbaycanın işğal altındakı rayonlarımızdan, o cümlədən Qarabağdan, Xankəndindən, Xocalıdan olan on minlərlə vətəndaşı doğma yurdlarının həsrəti ilə dünyalarını dəyişiblər. Artıq ermənilər tərəfindən o yurdlardan məcburi köçürülmüş insanların nəvələri, nəticələri dünyaya gəlib. Çox şükür ki, dövlət başçısının siyasəti, şəhid və qazilərimizin canı-qanı hesabına torpaqlarımızın xeyli hissəsi işğaldan azad olundu. Bundan sonrakı əsas vəzifəmiz isə sağ qalan məcburi köçkünlərimizin və onların övladlarının, nəsillərinin Qarabağa, Şərqi Zəngəzura Böyük Qayıdışını və daimi məskunlaşmasını təmin etməkdir. Əslində bu işdə 30 ildir sülhdən, sabitlikdən dəm vuran həmsədr ölkələr də fəallıq göstərməlidir. Təəssüf ki, xarici diplomatların son Şuşa səfərində onların məsələyə əsl münasibətini gördük. Amma yenə də ümid edirik ki, ABŞ və Fransadan fərqli olaraq son razılaşmalarda vasitəçi və qarant kimi iştirak etmiş Rusiya daha konstruktiv mövqe tutacaq və cənab Putinin dediyi kimi, Azərbaycan tərəfinin son dövrdə getdiyi kompromis və güzəştləri də nəzərə alacaqdır. Həmin güzəştlərdən biri də, yəqin ki, 10 Noyabr razılaşmasından keçən dövr ərzində Azərbaycan tərəfinin Qarabağda, eləcə də Laçın dəhlizi ərazisində qalan və son həftələr atəşkəsin mütəmadi pozulmasına şərait yaradan erməni silahlı birləşmələrinin mövcudluğuna dözməsidir. Halbuki, razılaşmanın müvafiq bəndinə əsasən həmin silahlılar sülhməramlıların olduğu ərazilərdən çıxarılmalıydı. Ümid edirik ki, Rusiyanın sülhməramlı kontingenti bu yaxınlarda ən azı, həmin qanunsuz silahlı birləşmələrin ərazimizdən çıxarılmasını təmin edəcəkdir. Zəngəzur dəhlizinin açılması da Rusiyanın özü üçün prioritet məsələlələrdən olmalıdır. Bunun üçün isə sərhədlərin delimitasiya və demarkasiya məsələləri də tez bir zamanda həllini tapmalıdır” – deyə eks-prezident bildirib.

“Onu da bir daha vurğulamaq lazımdır ki, daim təxribatları gözlənilən düşmən güclərə adekvat müqavimət göstərmək və Qarabağda, Zəngəzurda, eləcə də ölkə daxilində yerdə qalan vacib problemlərimizi həll etmək üçün 44 günlük müharibədə olduğu kimi, bu gün də, bundan sonra da dövlət-xalq, dövlət-ordu-xalq ümummilli birliyini daha mütəşəkkil formada təmin etməliyik. Son Qarabağ müharibəsi də sübut etdi ki, biz bir olanda ağlagəlməz işlərin də öhdəsindən gələ bilirik”- deyə sabiq dövlət başçısı vurğulayıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az