Nikol deyir ki, çəkiclə başlarını əzəcəm... - Ohanesyan

Nikol deyir ki, çəkiclə başlarını əzəcəm... - Ohanesyan

Ermənistanda yeni bir ideya ilə ortaya çıxanlar var. İrəvan indi də yeni komissiya yaratmaq niyyətindədir. Guya bu dövlət komissiyası 44 günlük müharibədəki məglubiyyəti və minlərlə hərbçi itkisində günahkar olanları araşdıracaq.

Mediainfo.az xəbər verir ki, bu sözləri Ermənistanın “Pressinq” verlişinin efirində Almaniyada universitetdə çalışan dosent, hüquqşünas Qor Ohanesyan deyib.

“Belə bir komissiya bir neçə il əvvəl də yaratmışdıq. Aprel döyüşlərini incələyirdi. Axırı nə oldu? Ermənistanın öz içində müharibə başladı. İrəvan dünya ictimayəti qarşısında biabır oldu, müttəfiqləri ilə üz-üzə gəldi. İndi də belə olacaq. Biz öz içimizdə düşmən axtara-axtara bütün güclü fiqurlarımızı yox edəcəyik. Bu komissiya daha çox müxalifət ilə mübarizə sxeminə oxşayacaq. Mən 12 ildir Almaniyada yaşayıram. Burada belə bir şey heç vaxt baş verə bilməz. Çünki burada dövlət xadimləri ağıllarına gələni danışa bilməz. Xalq onları siyasətdən yox edər. Ermənistanda isə Paşinyan açıq-aydın deyir ki, mən çəkic ilə müxalifət liderlərinin başlarını əzəcəm, amma xalq ona səs verir”, - deyə o qeyd edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az