Bakı NATO təliminə qoşuldu - Kremldən reaksiya

Bakı NATO təliminə qoşuldu - Kremldən reaksiya

Kreml hesab edir ki, NATO-nun Gürcüstandakı təlimləri diqqətli izləmək üçün predmetdir.

Mediainfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasının Moskvanı təhlükəsizliyin təmini üçün tədbirlər görməyə məcbur etdiyini bildirib.

Azərbaycanın NATO təlimində iştirakına münasibət bildirən Peskov Bakının suveren dövlət olduğunu söyləyib:

“Azərbaycan suveren dövlətdir, biz Azərbaycanla ikitərəfli münasibətlərimizə qiymət veririk. Bu, tərəfdaşlıq münasibətləridir və bu münasibətlərin gələcək inkişafı üçün ümumi siyasi iradə də var. Əlbəttə, bizim üçün vacib odur ki, bu cür təlimlərin ssenariləri bizim ölkəyə qarşı hansısa fəaliyyət nəzərdə tutmasın”.

Qeyd edək ki, Gürcüstanda NATO-nun “Agile Spirit” təliminə start verilib. Təlimdə Azərbaycan da daxil olmaqla, 15 ölkə iştirak edir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az