Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı

Azərbaycan sərhədini pozan Rusiya vətəndaşı saxlanıldı

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşun­ları­nın “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazi­sin­də yerlə­şən sərhəd zastavasının xidməti sahəsində dövlət sər­hədi­nin pozulması əlamətləri aşkar edilib, sərhəd zastavası “Silaha” koman­dasına qaldırılaraq ərazi qapadılıb.

Mediainfo.az-a DSX-nin Mətbuat mərkəzindən verilən məlumata görə, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Füzuli rayonu­nun Araz-Zərgər kəndi ərazisində gizlədilmiş yerdən 2 ədəd bağla­manı götürərək “Toyota Camry” markalı avtomobillə ərazidən uzaqlaşmağa cəhd göstərən 2 nəfər şübhəli şəxs saxlanılıblar.

Avtomobil sürücüsünün Moskva şəhər sakini 1977-ci il təvəllüdlü Vəliyev Hüseyn Vəlixan oğlu və sərnişinin Hacıqabul şəhər sakini 1976-cı il təvəl­lüd­lü Məmiyev Teymur Adil oğlu olmaları müəyyən­ləş­diril­ib, onların götürdükləri bağlamalara keçirilən baxış zamanı ümumi çəkisi 14 kiloqram 500 qram narkotikə (8200 qram marixuana, 4200 qram heroin, 2100 qram metamfetamin) və 690 ədəd “Metadon-40” psixotrop tərkibli dərman həbinə bənzər maddə aşkar olunub.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az