Perenciyev: Kreml İrəvanın məkrli planından xəbərdardır

Perenciyev: Kreml İrəvanın məkrli planından xəbərdardır

Ermənistanın siyasi oyunları və buraxdığı səhvlər bu ölkə üçün mənfi nəticələrə səbəb olub.

Mediainfo.az xəbər verir ki, bu sözləri Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev axar.az-a deyib.

“İndi Ermənistan faktiki olaraq Rusiyanı Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Çünki Azərbaycan və indiki halda Türkiyə Kremlin strateji tərəfdaşlarıdır. Onu utmaq olmaz ki, Əfqanıstandan ABŞ qoşunlarının çıxarılması ilə əlaqədar indi orada Rusiya ilə birlikdə yalnız Türkiyə və Azərbaycan qalmışdır.

Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyasının olmaması Moskvanın Ankara və Bakı ilə normal qarşılıqlı əlaqəsinə mane olur. Ermənistan isə sərhədlərin demarkasiyası prosesini uzatmağa çalışır, çünki bu məsələnin həlli ölkə rəhbərliyində olan qisasçıların ümidlərini tam şəkildə məhv edir. Kremlin İrəvanın bütün məkrli planlarından xəbəri var”, - deyə o bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az