Türkiyədə bu bayrağı endirib, Bayrağımızı qaldırdılar - Foto

Türkiyədə bu bayrağı endirib, Bayrağımızı qaldırdılar - Foto

Alanyada çimərlikdə 2 nəfərin Əfqanıstan bayrağını ucaltdığı anın görüntüləri sosial mediada qəzəbə səbəb olub.

Mediainfo.az xəbər verir ki, Antalya Valiliyi sözügedən görüntülərlə bağlı açıqlama yayıb. Bilidirilib ki, həmin kadrlar 2018-ci ildə lentə alınıb. Ərazidə bir çox ölkənin bayrağı dalğalanır.

Video sosial mediada yayılandan sonra Alanya Ülkü Ocaqlarının üzvləri dərhal hərəkətə keçiblər. Onlar bayraqların dalğalandığı çimərliyə gediblər. Qalmaqala səbəb olan bayrağı endirib, Azərbaycan və Türkiyə bayraqlarını ucaldıblar.

Xatırlaq ki, Taliban silahlılarının Əfqanıstanda daha böyük əraziləri ələ keçirməsindən sonra əfqanlar ölkəni tərk etməyə başlayıblar. Vurğulanır ki, həmin şəxslər İrandan keçməklə Türkiyəyə doğru köç etməyə başlayıblar. Bu da Türkiyə hakimiyyəti və vətəndaşları tərəfindən birmənalı qarşılanmayıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az