Əfqanıstanın Azərbaycandakı səfirliyindən açıqlama: “Taliban”la müzakirə aparılır

Əfqanıstanın Azərbaycandakı səfirliyindən açıqlama: “Taliban”la müzakirə aparılır

Son müqavimət qalası olaraq bilinən Pəncşir Vadisi istisna olmaqla Əfqanıstandakı bütün ərazilər bu gün “Taliban”ın nəzarətindədir. Nəticədə ölkədən miqrant axınının qarşısını almaq müşkül məsələyə çevrilib. İş o yerə gəlib çatıb ki, “Taliban” ABŞ və digər Qərb ölkələrinə qoşunlarını Əfqanıstandan çıxarmaq üçün avqustun 31-dək vaxt verib.

Mediainfo.az xəbər verir ki, ötən ay Prezident İlham Əliyevin sərəncamı ilə İlham Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Lakin oradakı rejim çox qısa zamanda dəyişdiyi üçün səfirimiz Əfqanıstana göndərilmədi. Həmçinin, bu gün Əfqanıstanın da Azərbaycanda səfirliyi mövcuddur.

Səfirlikdən verilən açıqlamada hazırda qurumun fəaliyyəti ilə bağlı xüsusi bir planın tərtib edilmədiyi bildirilib:

“Səfirliyin fəaliyyəti ilə bağlı onu deyə bilərik ki, səfir, diplomatlar və digər əməkdaşlar iş saatları ərzində Səfirlikdə olurlar. Xüsusi bir plan yoxdur.

Taliban siyasi qüvvələrlə Əfqanıstanın idarəçilik formasını, hökumətin formatını müzakirə edir. Bu formatın nədən ibarət olacağı, Əfqanıstanın necə idarə olunacağının yolları axtarılır. Əfqanıstanda dövlət qurumları hələ ki, fəaliyyət göstərmir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az