Rusiya paytaxtından 200-ə yaxın miqrant deportasiya edilib

Rusiya paytaxtından 200-ə yaxın miqrant deportasiya edilib

Rusiyanın Moskva şəhərinin meri Sergey Sobyanin son aylarda 200-ə yaxın miqrantın paytaxtdan deportasiya edildiyini və ağır cinayətlər törətdiyini açıqlayıb.

“Polis son aylarda sərt reydlər həyata keçirdi”, - deyə o bildirib.

Onun sözlərinə görə, 800 cinayət işi başladılıb. Ümumilikdə 17,5 min miqrantın ölkəyə girişi qadağan edilib.

Sobyanin qeyd edib ki, gələnlərin əksəriyyəti Rusiyanın paytaxtında özünü yaxşı aparır, rəsmi qeydiyyatdan keçir, qanuni əsaslarla işləyir və patent alırlar.

Xatırladaq ki, dünən Moskvada hostellərin birində miqrantlar arasında dava düşüb. Polis iyirmidən çox adamı saxlayıb, saxlanılan şəxslər 12 sutkalıq həbs olunub.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.05

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az