“Hərbi baza qarşılığında Xankəndi...” – “Mən bilən, başqa şeylər də olacaq...”

“Hərbi baza qarşılığında Xankəndi...” – “Mən bilən, başqa şeylər də olacaq...”

Azərbaycan Ordusunun Şuşa istiqamətindəki mövqeləri dünən gecə yarısı intensiv atəşə tutulub. Müdafiə Nazirliyi bəyan edib ki, düşmənə qarşı tədbirlər görülüb, nəticədə qarşı tərəf itki verib, hadisə barədə Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb. Qarşı tərəf isə insidentin baş vermədiyini iddia edib.

Mediainfo.az xəbər verir ki, son aylarda bu cür insidentlər Şuşa şəhəri ətrafı da daxil olmaqla Azərbaycan Ordusunun Ermənistanla sərhədboyu mövqelərində tez-tez təkrar olunur. Ötən həftə Müdafiə Nazirliyində Silahlı Qüvvələr rəhbərliyinin iştirakı ilə keçirilən müşavirədə nazir Zakir Həsənov bu cür təxribatlara cavab olaraq anti-terror əməliyyatlarının keçirilməsinin mümkünlüyünü anons edib. Şuşada baş verən dünənki təxribatla bağlı Nazirlik bildirib ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda adekvat tədbir görüləcək.

Hərbi ekspert Ədalət Verdiyev bildirib ki, bu cür təxribatlar gözləniləndir: "Nazir nəyə görə deyirdi ki, düşmən təxribat törədəcək? Deməli, nələrisə bilirik, planlaşdırırıq, mən bilən, başqa şeylər də olacaq..."

Siyasi təhlilçi Şahin Cəfərli hesab edir ki, Qarabağda qanunsuz silahlı dəstələrə qarşı hərbi əməliyyat keçirmək mümkündür.

Onun sözlərinə görə, bu cür əməliyyatı Rusiya ilə anlaşaraq keçirmək olar, əks halda mümkün deyil: "Amma Rusiya buna razı olacaqsa, hərbi əməliyyata nə ehtiyac? Rusiya istəsə, Ermənistandan gələn qüvvələri geri göndərər, yerli silahlıları da tərksilah edər və məsələ bir güllə atmadan 2-3 günə həll olunar. Əsas sual budur ki, Rusiya bunu istəyirmi? Rusiya münaqişə tərəflərindən birini ortadan qaldırıb, Qarabağ məsələsinə nöqtə qoymaqda maraqlıdırmı?"

Ş.Cəfərli qeyd edir ki, Rusiya hələ ki, bunu istəmir: "Məsələnin komik tərəfi odur ki, bu cür situasiya, yəni tərəflərdən birinin yox olması 10 noyabr Bəyanatına da ziddir. Bəyanata əsasən, Qarabağda təmas xətti və qarşı duran tərəflər var. Bunlar aradan qalxacaqsa və Azərbaycanın suverenliyi Xankəndində təmin olunacaqsa, onda sülhməramlılar orada nə edəcək və ümumiyyətlə, Rusiya niyə bizə 10 noyabr Bəyanatını imzalatdırırdı? Çünki özümüz onsuz da məsələni həll edirdik".

Ekspertin sözlərinə görə, bir ehtimal qalır: "Rusiya yerli ermənilərin təhlükəsizliyini təmin etmək üçün orada daimi hərbi baza yaratmağa Azərbaycanın razılığı müqabilində Xankəndində Bakının hakimiyyətinin təmin olunmasına razılıq versin – SSRİ dövründə olduğu kimi". /Azpolitika

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az