Erməniyə satılan yunan deputat Xankəndiyə necə keçib?

Erməniyə satılan yunan deputat Xankəndiyə necə keçib?

Sentyabrın 3-də Avropa Parlamentinin yunan Kiprindən olan keçmiş üzvü, AP-də yunan-erməni dostluq qrupunun rəhbəri, hazırda yunan Kiprinin deputatı Eleni Thecocharous Qarabağa növbəti dəfə qanunsuz səfər edib. Xankəndində separatçılarla görüşən Eleni Thecocharous oradan Azərbaycana qarşı bəyanatlar verib, Azərbaycan dövləti əleyhinə hədyanlar söyləyib, sonra isə Azərbaycana qarşı tvittlər yazıb.

Bu qatı ermənipərəst, türkə nifrəti aşıb-daşan qadının xisləti əvvəl də məlum idi. Yunan deputat işğal dönəmində Xankəndini “su yolu”na döndərmişdi, az qala separatçılarla bərabər yatıb-dururdu. Təkcə 1992-1999-cu illərdə o, 19 dəfə Ermənistanda və Qarabağda müxtəlif “humanitar yardım missiyaları”nın iştirakçısı olub. Ondan sonrakı dönəmdə də kifayət qədər “aktiv” olub. Yəni ömrünü ermənilərə həsr eləmiş birisidir. Avropa institutlarında da erməni maraqlarını ən aktiv müdafiə edənlərdəndir. Bundan əvvəl 2018-ci ilin sentyabrında Qarabağ ərazisinə qanunsuz səfər etmişdi. Daha doğrusu, Avropa Parlamentinin Kiprdən olan digər üzvləri Yorqas Perdikis, Mikayis Qiorgalas və Kiprin Erməni Milli Konqresinin rəhbəri Nairi Muradyanun olduğu heyətə rəhbərlik etmişdi. Bundan əlavə, Belçikada erməni lobbisinin dəstəyi ilə keçirilən əksər tədbirlərin sponsorlarından olub.

Odur ki, Eleni Thecocharous uzun müddətdir Azərbaycanın Xarici İşlər Nazirliyinin “qara siyahı”sındadır. Amma onun budəfəki qanunsuz gəlişi ilə bağlı mühüm bir detal var. Məsələ ondadır ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından sonra əldə olunan şifahi razılığa əsasən, Qarabağa hələlik yalnız Rusiya və Ermənistan vətəndaşları keçə bilər. Digər ölkələrin vətəndaşları isə Bakıdan rəsmi icazə almalıdır. O zaman yunan deputat Xankəndinə necə keçib? Olmaya Yunan Kipri də Rusiyanın tərkib hissəsidir? Heç ola bilməz ki, Rusiya “sülhməramlıları”nın izni olmadan o, ərazimizə soxulsun.

Bu fakt bir daha Laçın dəhlizinə Azərbaycanın da nəzarət eləməli olmasını bütün ciddiliyi ilə gündəmə gətirirmi? Azərbaycan XİN Yunan Kiprinə nota verməlidirmi?

Mediainfo.az xəbər verir ki, bu barədə Musavat.com-a danışan politoloq Tofiq Abbasov yunan deputatın Azərbaycan ərazisinə qanunsuz keçidinə Rusiya sülhməramlılarının şərait yaratdığını bildirib.

“Ona görə də Azərbaycanın müvafiq orqanları ilk növbədə Rusiya sülhməramlılarının komandanlığına bu barədə öz etirazını bildirməlidir, izahat istənilməlidir ki, yunan deputat Azərbaycan ərazisinə necə buraxılıb.

İkincisi, Azərbaycanın müvafiq orqanları, xüsusilə də Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı Avropa İttifaqının Parlamentinə, digər təsisatlarına öz etirazını rəsmi şəkildə bildirsin. Xarici İşlər Nazirliyi Yunan Kiprinə diplomatik formada etirazını bildirməlidir və deputatlarının Azərbaycan ərazisinə qanunsuz keçdiyini bəyan etməli, gələcəkdə belə hal təkrarlanarsa həmin deputatla bağlı çox ciddi tədbir görüləcəyi xəbərdarlığını rəsmi çatdırmalıdır”, - politoloq vurğulayıb.

T.Abbasov qeyd etdi ki, ermənilər işğal dövründə Qarabağı dünyanın “qara bazar”larından birinə çeviriblər. Qanunsuz silah alveri, narkotik ticarəti, orqan alveri kimi qanunsuz əməllər məhz işğal dövründə orada həyata keçirilib:

“Həmin ”qara bazar”ıın ən aktiv dəllallarından biri də məhz Eleni Thecocharous olub. Bu qadın deputat hələ də köhnə vərdişlərindən əl çəkmir. Azərbaycan öz ərazisinə qanunsuz keçən bu cür dəllallarla, ünsürlərlə bağlı ciddi addımlar atmalıdır. Onlara qarşı cinayət işi açılmasına qədər gedilməlidir".

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.09.17

2021.09.16

2021.09.15

2021.09.14

2021.09.13

2021.09.12

2021.09.11

2021.09.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: medi[email protected]
2009-2021 (c) Mediainfo.az