"Laçın" dəhlizində İran TIR-larının hərəkətinin qarşısı alınmalı, orada postumuz qurulmalıdır

"Laçın" dəhlizində İran TIR-larının hərəkətinin qarşısı alınmalı, orada postumuz qurulmalıdır

“Həm Rusiya sülhməramlıları tərəfindən atılan bəzi neqativ addımlar, həm də İrana aid yük maşınlarının Azərbaycan ərazilərinə daxil olması bir daha sübut edir ki, müəyyən qüvvələr 44 günlük müharibədən sonra rsəmi Bakının regionda formalaşdırdığı yeni geosiyasi reallığın mahiyyətini tam anlamır”.

Mediainfo.az xəbər verir ki, bu fikirləri konkret.az-a açıqlamasında politoloq Xəyal Bəşirli səsləndirib. O bildirib ki, həmin dövlətlər unutmamalıdırlar ki, Azərbaycan artıq 30 ilə yaxın davam edən münaqişəni öz gücü ilə həll edib. Bugün regionda münaqişə tarixə qovuşub və Azərbayacan öz ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını təmin edib. İran tərəfinə bir neçə dəfə şifahi və rəsmi xəbərdarlıq edilməsinə rəğmən yenidən bu addımların davam etdirilməsi heç bir məntiqə sığmır. İran islam Respublikasının rəhbərliyi unutmamalıdır ki, dəstək göstərdiyi Ermənistan 30 ilə yaxın bir müddət ərzində müqəddəs ibadətgahları, məscidləri, dini abidələri dağıdıb və təhqir edib. Azərbaycan isə təkcə öz torpaqlarını deyil, İslam dünyasının müqəddəs saydığı bütün dini abidələri düşmən tapdağından təmizləyib. Bunu İslam dünyası dərk etməli və Ermənistana adekvat münasibət sərgiləməlidir. Amma təəssüflər olsun ki, biz bunun əksini görürük”.

Politoloq Məhəmməd Əsədullazadə isə mövzu ilə bağlı saytımıza açıqlamasında İran İslam Respublikasının yük maşınlarının “Laçın” dəhlizindən qanunsuz şəkildə keçərək erməni separatçılarına lojistik dəstək verməsini, Rusiya- İran tandeminin Azərbaycana qarşı birləşməsi kimi xarakterizə edib: “Birbaşa Rusiyanın göstərişi ilə İran maşınları Qarabağa hərərkət edir. Halbuki, 10 noyabr birgə Bəyannaməsinə uyğun olaraq xarici ölkə vətəndaşlarının dəhlizdən keçib Azərbaycan ərazisinə daxil olmasına Rusiya sülməramlı qüvvələri icazə verməməlidir. Göründüyü kimi Rusiya “sülhməramlı” qüvvələri “Laçın” dəhliznini açıq bazar elan edib. İstənilən ölkənin nümayəndələri və yük avtomobilləri Azərbaycan ərazisinə keçərək təhlükəsizliyimizi təhdid edir. Bunun qarşısı alınmasa, o zaman Azərbaycana qarşı separatizm inkişaf edəcək”.

Politoloq əlavə edib ki, İran verilən notalara əməl etmir: “Rəsmi Tehranın əsas məqsədi Azərbaycana qarşı erməni separatizmini ayaqda saxlamaqdır. Rəsmi Bakı İranın bu destruktiv siyasətinə qarşı Qafan-Gorus yolunu İran TIR-larına bağlamalıdır. Həmçinin “Laçın” dəhlizində İran TIR-larının hərəkətinin qarşısı alınmalıdır. “Laçın” dəhlizində postumuz olmayana qədər, Azərbaycana qarşı belə təxribatlar davam edəcək”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az