Ermənistanda KTMT təlimləri keçiriləcək

Ermənistanda KTMT təlimləri keçiriləcək

Sentyabrın 24-28-də KTMT-nin Kollektiv Sürətli Müdaxilə Qüvvələrinin xüsusi təyinatlı birləşmələrinin tərkibinə daxil olan narkotiklərlə mübarizə xidmətlərinin, DİN və xüsusi xidmət orqanlarının xüsusi qüvvələri ilə "Qrom-2021" xüsusi təlimi keçiriləcək.

Mediainfo.az BelTA-ya istinadla xəbər verir ki, bunu KTMT-nin katibi Vladimir Zaynetdinov bildirib.

"Təlim 2021-ci il üçün KTMT-nin komandanlıq və idarəetmə orqanlarının və qüvvə və vasitələrinin birləşmələrinin birgə təlim planına uyğun olaraq keçiriləcək. Birinci mərhələdə KTMT üzv dövlətlərin və Ermənistan silahlı qüvvələrinin səlahiyyətli orqanlarının birləşmiş xüsusi təyinatlı qrupları çətin relyefli dağlıq ərazilərdə təlim və tətbiqli tapşırıqlar hazırlayacaqlar", – deyə mətbuat katibi qeyd edib.

Təlim tapşırıqlarının həlli prosesində, KTMT üzv ölkələrinin xüsusi təyinatlıları, Ermənistan ordusunun bölmələri və sərhəd qoşunları ilə birlikdə mümkün qədər yaxın şəraitdə xüsusi əməliyyatda iştirak etməklə təcrübə və bacarıqlar əldə edəcəklər.

Vladimir Zaynetdinov əlavə edib: "Təlimin ikinci mərhələsində hərbi silahlardan taktiki atəş açma yarışları keçiriləcək və tapşırıqların həllində xüsusi təyinatlıların birgə əməliyyat-döyüş qruplarının əməli hərəkətləri oynanılacaq".

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az