Boris Conson Fransa Prezidenti Emmanuel Makronu anlayışlı olmağa çağırıb

Boris Conson Fransa Prezidenti Emmanuel Makronu anlayışlı olmağa çağırıb

ABŞ, İngiltərə və Avstraliya üçtərəfli təhlükəsizlik sazişini (AUKUS) imzalamasından sonra başlayan müzakirələr getdikcə qızışır.

Mediainfo.az xəbər verir ki, İngiltərə Baş naziri Boris Consonun son açıqlamaları gərginliyi daha da artırıb.

Conson Parisin Avstraliyanın Fransa ilə Sualtı Gəmi müqaviləsini ləğv etməsi, İngiltərə və ABŞ-la yeni razılaşma əldə etməsi səbəbiylə yaranan qəzəbini “soyutmalı” olduğunu söyləyib.

Vaşinqtona səfəri zamanı jurnalistlərin suallarını cavablandıran Boris Conson Fransa Prezidenti Emmanuel Makronu anlayışlı olmağa çağırıb.

O, Makrona fransız dilində müraciət edib: “Dünyadakı ən əziz dostlarımız bizi anlamalı və rahat olmalıdırlar”.

Müqavilənin qlobal təhlükəsizlik üçün addım olduğunu deyən baş nazir bildirib: “Bu, çiyin-çiyinə dayanan 3 həmfikir müttəfiqin texnoloji paylaşım üçün yeni ortaqlığıdır”.

İngiltərə baş naziri kimsəyə badalaq vurmağa çalışmadıqlarını, məsələn, müqavilənin Çinə qarşı olmadığını, sadəcə bu 3 ölkə arasında əlaqələri və dostluğu artırmaq istədiklərini söyləyib.

Sentyabrın 16-da Avstraliya, ABŞ və İngiltərə tərəfindən imzalanan AUKUS müqaviləsindən sonra Kanberra Parislə imzaladığı 90 milyard dollarlıq hərbi sazişi ləğv edib. Fransa hər üç ölkəni xəyanətdə günahlandırıb.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az