Saakaşvili Tiflisə elə bir vaxtda qayıtdı ki... - Politoloq

Saakaşvili Tiflisə elə bir vaxtda qayıtdı ki... - Politoloq

Gürcüstan hakimiyyəti bələdiyyə seçkisinə bir gün qalmış dilemma ilə üzləşib. Gürcüstana qayıdan eks-prezident Mixail Saakaşvilini həbs etmək də problem yaradacaq, sərbəst fəaliyyətinə şərait yaratmaq da.

Mediainfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin ölkəsinə qayıtması haqda danışarkən deyib.

O bildirib ki, Ukrayna vətəndaşlığı olan Saakaşvilinin həbsi onun reytinqini daha da artıracaq, ABŞ və Avropa onu siyasi məhbus kimi tanıyacaq və rəsmi Tiflisə təzyiqi artıracaq:

“NATO və Avropa İttifaqına üzvlüyü qarşısına məqsəd qoyan Gürcüstan hakimiyyəti Qərbin təzyiqlərinə nə qədər dözə bilər? Mixail Saakaşvilinin Gürcüstanda sərbəst siyasi fəaliyyət göstərməsi isə İvanişvilinin hakim Gürcü Arzusu Partiyasının problemlərini artıracaq.

Mixail Saakaşvili yenə dediyini etdi. Vaxtilə onu keçmiş dostu, Ukraynanın eks-prezidenti Petro Poroşenko da zorla Avropaya ekstradisiya etmişdi. Başqa siyasətçi olsaydı, Avropadakı rahat həyatı, yaxşı maaşı qoyub, yenidən alovun içinə atılmazdı. Saakaşvili elələrindən deyil. Quru yolla Ukraynaya keçdi, həmin anda onu həbs edə bilməsələr də, sonradan yenidən ölkədən zorla çıxardılar. Vladimir Zelenski prezident seçiləndən sonra Mixail Saakaşviliyə Ukraynaya qayıtmağa icazə verdi, onu Milli İslahatlar Şurasına başçı təyin etdi. Saakaşvili bu vəzifədə Ukraynada iqtisadi islahatların dərinləşdirilməsinə var gücüylə çalışdı, ancaq alınmadı, çünki qarşısında güclü korrupsiyalaşmış oliqarxik sistem var.

Ürəyi Gürcüstanla döyünən Saakaşvili üçün Vətənində yeni mübarizə dövrü başlayır”.

Çox oxunan xəbərlər
Son xəbərlər

2021.10.16

2021.10.15

2021.10.14

2021.10.13

2021.10.12

2021.10.11

2021.10.10

2021.10.09

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2021 (c) Mediainfo.az