Aİ-Azərbaycan əlaqələrində yeni dönəm...

Aİ-Azərbaycan əlaqələrində yeni dönəm...

Azərbaycan xarici siyasətdə çox mühüm hədəflərinə nail olub. Həyata keçirilən siyasət ölkəmizin beynəlxalq arenada milli maraqlarının təminatına imkan yaradıb. II Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daimi təminatı üçün bütün səylərini səfərbər edib.

Mediainfo.az xəbər verir ki, bunu Teleqraf.com-a Milli məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, bütün aparıcı beynəlxalq təşkilatlar o cümlədən Avropa İttifaqı ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərini təşkil edir: “Hazırda Azərbaycan Aİ ilə münasibətlərini bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdirir. Azərbaycan-Aİ əlaqələrinin hazırkı siyasi çərçivəsini “Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri” adlı sənəd təşkil edir. Bu sənəd 2018-ci il iyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının sabiq Prezidenti Donald Tuskun iştirakı ilə paraflanıb. Sənəddə tərəflərin bir-birinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və ölkələrin beynəlxalq sərhədlərinin toxunulmazlığının dəstəklənməsi yer alıb. Hazırda bu sənədin də qüvvədə olma müddətinin uzadılması istiqamətində iş aparılır”.

Millət vəkili hesab edir ki, Aİ Azərbaycanın əsas ticarət o cümlədən ən böyük ixrac tərəfdaşıdır: “Azərbaycanın ticarətinin 40 faizdən çoxu Aİ üzv dövlətlərinin payına düşür. Azərbaycan Avropa bazarlarına xam neft nəql edən etibarlı təchizatçıdır. Azərbaycanın qaz ehtiyatları ölkəmizin ən azı 100 il ərzində Avropaya qaz nəql etməsinə imkan verəcək. Sözsüz ki, Azərbaycanın dəstəyi ilə ərsəyə gəlmiş Cənub Qaz Dəhlizi Avropaya enerji mənbələrinin şaxələndirilməsi üçün geniş imkanlar yaradır”.

Vüqar İskəndərova görə, Aİ ölkələrindən olan şirkətlərin işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirakı, ərazilərin minalardan təmizlənməsi işinə töhfə vermələri yüksək qiymətləndirilir: “Bundan başqa, Aİ Azərbaycan və Ermənistan arasında etimad quruculuğu tədbirlərinə, regionda kommunikasiyaların açılması prosesinə də yer alması mühüm önəm kəsb edir”.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.08.10

2022.08.09

2022.08.08

2022.08.07

2022.08.06

2022.08.05

2022.08.04

2022.08.03

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az