“Prezident Ərdoğan və Türkiyə İslam ümmətinin lideridir” – Ölkənin baş diplomatı

“Prezident Ərdoğan və Türkiyə İslam ümmətinin lideridir” – Ölkənin baş diplomatı

“Prezident Ərdoğan və Türkiyə İslam ümmətinin lideridir”.

Mediainfo.az xəbər verir ki, bunu Türkiyəyə səfər edən Malayziya Xarici işlər naziri Seyfəddin Abdullah deyib.

“Biz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İslam ümmətindəki liderliyini çox yaxından izləyirik. Türkiyə həqiqətən də bu mənada bir növ liderliyi öz üzərinə götürür və düşünürəm ki, ümmət əslində birlikdə işləməli və yaxından əməkdaşlıq etməlidir. Təbii ki, İslam Əməkdaşlıq Təşkilatı kimi rəsmi platformalar var. Türkiyə bu platformalarda çox böyük rol oynayır, amma eyni zamanda biz Prezident Ərdoğan və Türkiyə hökumətindən bəzi məsələlərdə də liderlik gözləyirik. Xüsusilə də ümməti narahat edən məsələlərdə. Məsələn, Əfqanıstan və Fələstin kimi məsələlərdə”, - nazir bildirib.

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az