Makron rüsvay oldu: Rusiyadan bu cür qorxur

Makron rüsvay oldu: Rusiyadan bu cür qorxur

Fransa Prezidenti Emmanuel Makron Rusiya ordusunun Ukraynada mülki şəxsləri qətlə yetirməsini “soyqırım” adlandırmaqdan imtina edib.

Fransa lideri bunu belə izah edib ki, soyqırımı siyasətçilər deyil, hüquqşünaslar müəyyən edir.

Bu, E.Makronun Rusiyadan və konkret olaraq Putindən nə qədər çəkinməsinin, Fransa siyasətini maraqlarının əsiri etməsinin və fransız liderinin öz-özünü ifşasının bariz nümunəsidir.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan illərdir bütün dünyaya hayqırır, 1915-ci il hadisələri ilə siyasətçilərin deyil, tarixçilərin məşğul olması gərəkdiyini bildirir və bütün arxivləri açmağa hazır olduğunu bəyan edir. Ərdoğan beynəlmiləl bir elmi araşdırma aparılması, bu araşdırma qrupuna arzulayan bütün ölkələrdən alimlərin və hüquqşünasların daxil edilməsi çağırışını da etmişdi.

Heç kəsdən səs çıxmadı, Ermənistan isə arxivini açmaqdan imtina etdi. Çünki ümumiyyətlə Ermənistanın arxivi yoxdur, 1915-ci il üçünsə olması mümkün də deyil. Olan “arxiv” yalnız saxta iddialar, böhtan və yalanlardan ibarətdir.

Türkiyə “soyqırım” məsələsinin siyasətçilərin işi olmadığını deyəndə buna əhəmiyyət verməyən ölkələr “erməni soyqırımı” yalanlarını parlamentlərində Ankaraya təzyiq və ermənilərə dəstək üçün qəbul edirdilər və edirlər. Bu əxlaqsız siyasətin başında dayananlardan biri isə məhz Makrondur. 2019-cu ildə Makron 24 apreli qondarma “erməni soyqırımı”nı anma günü elan etmişdi.

Fransanın öz işinə yarayanda Makron həvəslə yalançı iddialara “soyqırım” deyir və soyqırım məsələsinin siyasətçilərin işi olmadığı haqda Türkiyənin çağırışı önündə susur; ancaq Rusiyanın qətliamlarına qiymət vermək lazım gələndə buna Ərdoğanın sözləri ilə cavab verir və qətiyyən utanıb-eləmir. Ağzından çıxan sözlərin ona qarşı istifadə olunacağını da düşünmür.

Bu da Makronun siyasi “gedişidir”...Axar.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2022.10.04

2022.10.03

2022.10.02

2022.10.01

2022.09.30

2022.09.29

2022.09.28

2022.09.27

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2022 (c) Mediainfo.az