Litva ABŞ hərbçilərinin Polşada dislokasiyasını dəstəkləyir

Litva ABŞ hərbçilərinin Polşada dislokasiyasını dəstəkləyir

Litva ABŞ hərbçilərinin Almaniyadan çıxarılmasının riskli olduğu, lakin digər tərəfdən onların Polşada dislokasiyasına müsbət yanaşır.

Mediainfo.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Raymundas Karoblis məlumat verib.

“İlk növbədə, ABŞ ordusunun Almaniyadan çıxarılacağı yaxşı hal deyil. Onların infrastrukturu, prosedurları, təlim, hazırlıq keçmə imkanları var və biz həqiqətən bu addıma NATO ölkələri ilə Avropa arasında müəyyən bir parçalanmaya səbəb ola biləcək bir risk kimi baxırıq”, − deyə nazir “LRT” radiostansiyasına müsahibəsində bildirib.

O əlavə edib ki, digər tərəfdən, ölkəsi həmişə ABŞ hərbi qüvvələrinin daha çox sayda Avropada və xüsusən də bölgədə olmasının tərəfdarı olub: “Polşa vacib məntəqələrdən biridir, biz hər zaman Polşanın ABŞ-ın mümkün qədər çox hərbi qüvvəsini öz ərasinə cəlb etmək cəhdlərini alqışlamışıq”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2024.11.17

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2025 (c) Mediainfo.az