İran XİN: ABŞ-ın daxili məsələlərinə müdaxilə etmək fikrimiz yoxdur

İran XİN: ABŞ-ın daxili məsələlərinə müdaxilə etmək fikrimiz yoxdur

“Bölgə ölkələri, o cümlədən İran, İraq və Türkiyənin terrorçulara qarşı birgə mübarizə aparması üç ölkənin gündəliyindədir”.

Mediainfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında İranın İraqla sərhəd bölgələrinə hücum etməsi ilə bağlı suala cavabında deyib.

“Mənim üç ölkə arasında bu əməliyyatlarla bağlı koordinasiya olub-olmamasından xəbərim yoxdur. Lakin İranın öz sərhədlərini qoruması və terrorçulardan təmizləməsi təbii haqqıdır. Bu əməliyyatın digər ölkələrlə eyni vaxtda aparılması təsadüfdür. Mən müştərək əməliyyatın keçirilməsi məsələsini təsdiqləmirəm. Lakin hər 3 ölkə arasında terrorçularla mübarizədə ciddi iradə mövcuddur”, - deyə XİN sözçüsü bildirib.

ABŞ-da keçiriləcək prezident seçkilərinə toxunan A. Musəvinin sözlərinə görə, İranın ABŞ-ın və hər hansı bir ölkənin daxili məsələlərinə müdaxilə etmək fikri yoxdur: “ABŞ-dakı namizədlərin arasında baş verənlər onların daxili işləridir. Bizim üçün onların ölkələrinin taleyi ilə bağlı nə qərar qəbul edəcəklərinin heç bir əhəmiyyəti yoxdur. Bizim üçün önəmli olan onların bölgədəki siyasətidir ki, biz öz davranışımızı onların bu siyasətinə uğun tənzimləyirik”.

ABŞ-ın İrana qarşı silah sanksiyalarının vaxtını uzatmasına münasibət bildirən A. Musəvi qeyd edib ki, bu, BMT Təhlükəsizlik Şurasının 2 231 saylı qətnaməsinə ziddir və bunun mənfi təsirləri olacaq: “ABŞ-ın İrana qarşı silah sanksiyasının uzadılmasına qarşı 2-3 xüsusi addım nəzərdə tutulub ki, şəraitə uyğun olaraq icra olunacaq. Lakin düşünürəm iş o yerə gəlib çatmayacaq, onlar ağıllı davranacaq və işin bu yerə çatmasına imkan verməyəcəklər”.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2020.07.07

İraqda terror İraqda terror 7 İyul 17:00

2020.07.06

Hindistanda partlayış Hindistanda partlayış 6 İyul 10:07

2020.07.05

2020.07.04

2020.07.03

Müsahibə
Arxiv






free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: mediainfo.az@mail.ru
2009-2020 (c) Mediainfo.az. Created by NetService.az