Liviya Türkiyənin geosiyasi mübarizəsinin qərb nöqtəsidir

Liviya Türkiyənin geosiyasi mübarizəsinin qərb nöqtəsidir

Liviya Türkiyənin geosiyasi mübarizəsinin qərb nöqtəsidir.

Mediainfo.az xəbər verir ki, bunu türkiyəli hərbi mütəxəssis Abdullah Ağar Sputnik-ə açıqlamasında deyib.

“Liviya Türkiyənin İran sərhədindən başlayıb İraq, Suriya, Şərqi Aralıq dənizi və Liviya olmaqla, təxminən 2500 kilometrlik ox üzərində apardığı geosiyasi mübarizəsinin qərb nöqtəsidir. Bu mənada Liviya Türkiyə üçün son dərəcə vacibdir. Bu səbəblə Türkiyə nümayəndə heyətinin Liviyada rəhbər şəxslərlə görüşməsi çox əhəmiyyətlidir.

Digər tərəfdən, Türkiyə Liviyanın qanuni hökumətini dəstəklədiyini göstərmək istəyir. Aydındır ki, Milli Razılıq Hökuməti məhv olan ərəfədə Türkiyə dəstək verdi. Öncə Liviya hökumətini mühasirədən çıxartdı, tarazlığı təmin etdi və daha sonra təşəbbüslər irəli sürdü. Bu təşəbbüslər də yarımçıq qalmamalı, istənilən nəticəyə çatmalıdır. Həmçinin, bu nöqtədə nəzarət və koordinasiyanın ən yüksək səviyyədə olması vacibdir”.

Qeyd edək ki, 3 iyulda Türkiyənin Müdafiə naziri Hulusi Akarı və Baş Qərargah rəisi Yaşar Gülər Liviyaya səfər edib.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az