Tramp Konqresə bildiriş göndərdi

Tramp Konqresə bildiriş göndərdi

ABŞ Prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.

Mediainfo.az xəbər verir ki, bu barədə senator Bob Menendes “Twitter”də yazıb.

“Konqres pandemiyanın qaynar vaxtında Prezidentin ABŞ-ı ÜST-dən rəsmən çıxarması barədə bildiriş alıb", - deyə Menendes bildirib.

Onun sözlərinə görə, Trampın bu addımı amerikalıların həyatını və maraqlarını qorumayacaq. Prezidentin xaotik və tutarsız hərəkətləri nəticəsində Amerika "xəstə və tək qalacaq".

BMT Baş katibinə də bu haqda məlumat verilib, qərar 6 iyul 2021-ci ildə qüvvəyə minəcək.

Mediainfo.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az