Prezidentin xəbərdarlığı: Bu, “qırmızı xətt”dir!

Prezidentin xəbərdarlığı: Bu, “qırmızı xətt”dir!

İşğaldan azad edilən torpaqlar 27 ildir ki, düşmən tərəfindən istismar edilir. Bu torpaqların bərpası üçün aylar, hətta illər lazımdır. Eyni zamanda bunun üçün kifayət qədər vəsait lazımdır. Buna görə də cənab Prezident işğaldan azad edilən ərazilər, xüsusilə də Şuşa ilə bağlı məsələlərə həssaslıqla yanaşır.

Oxuməni.az xəbər verir ki. bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsi haqda danışarkən axar.az-a verdiyi açıqlamasında deyib. Politoloq qeyd edib ki, Prezidentin xəbərdarlığından dərs çıxarmaq lazımdır:

"Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləsi işlərin ardıcıllığını göstərmişdi. Yəni bu gün görüləcək bütün işlər öncədən planlaşdırılıb və qərarlaşdırılıb. Bu mənada ölkə başçısının işğaldan azad edilmiş torpaqlar ilə bağlı həssaslığı başa düşüləndir".

Politoloqun sözlərinə görə, ola bilər bu gün çoxları cənab Prezident tərəfindən Şuşa şəhərinin ölkənin mədəniyyət paytaxtı elan edilməsinin mahiyyətini düzgün qiymətləndirmir:

"Birincisi, ölkə başçısı Şuşanı inkişaf edən Azərbaycanın gələcək perspektivdə bayraqdarı olmasını istəyir. Yəni hər şey Şuşadan başlayacaq. Şuşa Azərbaycanın dünyana açılan qapısı olacaq. Bu şəhər Azərbaycanın digər şəhərləri ilə eynilik təşkil etməyəcək. Yəni qısaca desək, Şuşa cənab Prezidentin qırmızı xəttidir.

İkincisi, Prezident Şuşa şəhəri işğaldan azad edilərkən bu sevincini ilk olaraq ümummilli lider ilə bölüşdü. Məzarını ziyarət etdi və "Mən ata vəsiyyətini yerinə yetirdim" dedi. Yəni bu gün Şuşa şəhəri həm də Heydər Əliyev irsinin mədəni aspektdən yaşadılacağı bir ocaq olacaq. Mədəniyyət paytaxtı ümummilli liderin də mədəniyyətimizə qatdığı dəyərlərlə formalaşacaq.

Üçüncüsü, cənab Prezident bilir ki, Şuşa xalqımız, millətimiz, dövlətimiz üçün mənəvi cəhətdən önəmli, bir o qədər də həssasdır. Yəni Şuşa şəhərində baş verəcək istənilən neqativ hala xalqın reaksiyası olacaq. Buna görə də Şuşa şəhəri aparılan ardıcıl, davamlı sosial-mədəni, iqtisadi siyasətin başlıca göstəricisi olacaq. Prezident bu şəhəri məmur özbaşınalığı, inhisarçılıqdan uzaq, Azərbaycan mədəniyyətinin, xalqının gələcəyə dair ümidinin əsas göstəricisi kimi görmək istəyir".

Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az