Qarabağda hər an yeni müharibə başlyaya bilər: Türk general sensasiyalə detalları açıqladı - VİDEO

Qarabağda hər an yeni müharibə başlyaya bilər: Türk general sensasiyalə detalları açıqladı - VİDEO

Azərbaycan düşmən üzərində qələbə çalsa da müharibənin tam başa çatdığını söyləmək çətindir.

Oxuməni.az xəbər verir ki, bölgədə müharibə təhlükəsinin qaldığını hərbi ekspertlər də xüsusi vurğulayırlar.

Bunu Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauzun Publika.az-a verdiyi videomüsahibədə dedikləri də bir daha təsdiq edir.

Yücel Karauz Azərbaycan Ordusunun 44 günlük müharibəsinin pərdə arxası məqamlarından, yeni nəsil müharibələr tarixində imza atdığı ilklərdən danışıb.

İstefada olan general deyib ki, Azərbaycan Ordusunun qısa müddətdə qazandığı qələbəsinin arxasında dörd amil xüsusi rol oynayıb. Türkiyəli general Ermənistanda bəzi revanşistlərin Qarabağda müharibəyə yenidən cəhd edərsə, Azərbaycanın hansı addımları ata biləcəyini də dilə gətirib.

Yücel Karauz Ağdamın Mərzili kəndində fəaliyyətə başlayan və atəşkəsin pozulması hallarına nəzarət edəcək Türkiyə və Rusiya hərbçlilərinin Birgə Monitorinq Mərkəzindəki fəaliyyətləri ilə bağlı bəzi detalları açıqlayıb.

Keçmiş hərbi attaşenin Qarabağda yeni müharibə təhlükəsi, NATO və Varşava Paktı formatında modernizə edilmiş ordumuzun gələcəkdəki hərbi imkanlarını dəyərləndirməsi ilə bağlı fikirləri ilə yaxından tanış olmaq istəyirsinizsə videomüsahibəmizi izləyin:

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az