
Moskvanı Minskə yaxınlaşdıran
Rusiya prezidenti Vladimir Putinlə Soçidə görüşən Aleksandr Lukaşenkoya gəlincə, o, ölkədə vəziyyəti öz əlində saxlamalı olacaq. Çərşənbə axşamı "Rossiya" telekanalında yayımlanan "60 dəqiqə" adlı siyasi tok-şounun efirində Rusiya güc strukturlarının
Beləliklə, Aleksandr Lukaşenkonun altıncı müddətə prezident seçilməsini saxta sayan etirazçılara qarşı Moskva tərəfindən dəstəklənməsi müxalifətin yeni seçkilərə olan ümidlərini boşa çıxarıb. Artıq Rusiya Belarusun maliyyə problemləri ilə məşğul olacaq. Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ilə görüşün yekunlarına əsasən, Aleksandr Lukaşenko 1,5 milyard dollar kredit verib.
Bütün bunların fonunda belaruslu hərbçilər də xarici təhdidlərə cavab olaraq özlərinin də döyüşə hazır olduqlarını nümayiş etdirməyə çalışırlar. Belarusun müdafiə nazirinin köməkçisi Oleq Voinovun sözlərinə görə, bu təhdidlər Litva və Polşadan gəlir. "Ölkədə sabitliyin pozulmasına, informasiya məkanında vəziyyətin gərginləşməsinə, kütləvi iğtişaşların yaranmasına yönəlmiş tədbirlər dövlətlərarası münasibətlərdə də ciddi gərginliyin artmasına gətirib çıxardı", - deyə Oleq Voinov qeyd edib. Onun sözlərinə görə, xarici təhdidlərə cavab olaraq
Öz növbəsində,
Amma Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın İspaniyanın Mundo qəzetinə verdiyi müsahibədə başqa bir fikir səsləndi ki, sən demə, Ukraynanı Rusiyanın mümkün müdaxiləsindən məhz cənab Lukaşenko müdafiə edir.
Kuleba: ”Belarusun ərazisindən Rusiyanın Ukraynaya qarşı istifadə etməyəcəyinə dair çox zəmanətimiz var idi. Əgər Lukaşenko zəifləyərsə, bu təminatlar mövcud olmayacaq",-deyib.
Bununla yanaşı, Kiyev Aleksandr Lukaşenkonu hakimiyyət uğrunda mübarizədə dəstəkləmək niyyətində də deyil. "Azadlıq və demokratiya uğrunda mübarizədə cəmiyyəti dəstəkləmək hamısından yaxşıdır”, - deyə Dmitri Kuleba Aİ tərəfindən Minskdə ayrı-ayrı vəzifəli şəxslərə qarşı fərdi sanksiyaların tətbiqini "məntiqi reaksiya" adlandırıb. Bununla yanaşı, o, Belarusun müxalifətin qələbə qazanacağı təqdirdə belə, rusiyapərəst qalacağı fikrini də söyləyib.
Avropa diplomatiyasının rəhbəri Jozep Borrelin sözlərinə görə, Belarusa qarşı Avropa İttifaqında sanksiyalara dair konsensusa gəlmək üçün sentyabrın 24-25-də keçiriləcək Avropa Şurasının iclasına ümid edilir. Cənab Borrel də Brüsselin mövqeyini xatırlatmağı lazım bildi ki, Aleksandr Lukaşenko Belarusun qanuni prezidenti deyil.
Hazırda Polşada olan Belarus Müxalifət Koordinasiya Şurasının Rəyasət Heyətinin üzvlərindən biri Pavel Latuşko isə deyib ki, kütləvi etiraz aksiyalarının ay ərzində, daha yarım il və ya bir il ərzində baş verəcəyini təsəvvür etmək çətindir:
“Ancaq eyni zamanda, biz görürük ki, ictimai etirazlar həm Minskdə, həm də digər bölgələrdə böyük həcmdə davam edir. Mən əminəm ki, etiraz potensialı hələ tükənməyib".
Beləliklə Ukrayna
Bütün bunların fonunda isə ortada acı bir həqiqət var: Bu da ondan ibarətdir ki, Qərb ölkələri Ukraynaya münasibətdə olduğu kimi, Belarusla bağlı da eyni səhvləri buraxdılar. Onlar istənilən halda Rusiya tərəfindən Lukaşenkoya qarşı Belarusda təşkil edilən etiraz aksiyalarını və onların Moskva tərəfindən idarə edilən yalançı, ələ alınmış müxalifət liderlərini deyil, hər vasitə ilə öləkənin müstəqilliyini qoruyub saxlamağa çalışan Lukaşenkonu müdafiə etməli idilər. Amma onlar bunu etmədilər və nəticədə Rusiya vəziyyətdən istifadə edərək Lukaşenkonu Belarusun gələcəyinin Qərbdən deyi, Rusiyadan asılı olduğuna inandıra bildi. Bütün bunlar da öz növbəsində Belarusun müstəqilliyini itirməsinə, Rusiya tərəfindən adıçəkilən ölkənin yaxın illərdə işğal edilməsinə aparır. Vəziyyət belə davam edəcəyi təqdirdə Aleksandr Lukaşenko müstəqil Belarusun sonuncu prezidenti olacaq...
Əziz Mustafa
Mediainfo.az