Uşaq yoxdur, insan var!

Uşaq yoxdur, insan var!

Pedaqoq Y. Korçakinin bu müqəddəs kəlamı ilə deyəcəyəm fikirlərlə başlamaq istərdim . Uşaqlara böyüklər qədər hörmətlə yanaşılmalı, bu hörmətə onlar layiqdirlər və siz böyüklərin borcudur! Balacalarla işləyən bir müəllimə pedaqoq kimi uşaqların tərbiyəsində, yetişməsində onların ilk kumirləri olan ibtidai sinif müəlliməsi olaraq məsuliyyətimiz böyükdür. Bunu dərk etmək bu məsuliyyəti müəllimə ilə valideynlər bir üçbucağı yaradırlarsa, gələcəyimizi sözün əsl mənasında xilas edərik.

Müəllimlərin məşhur deyimi var: "Hər bir uşaq evin güzgüsü olur". Bu sözü valideynlərə deyəndə çoxunun xoşu gəlmir . Çünki çox zaman güzgülərinə baxmaq istəmirlər. Bütün gözəl üzləri ilə yanaşı çirkin üzləri də ordadır. O valideynlərin qarşısında baş əyirəm ki, övlad böyütmənin məsuliyyətini anlayır. Çoxu əsl mənada ana-ata olmağı bacarmır. Bir müəllimə olaraq şahidəm.

Uşaqlarla tərbiyənin düzgün yolunu bilmirlər. Baxırsan ya çox ərköyün edirlər, ya da uşağı alçaldırlar, döymək yolu ilə. Çoxu bunu tərbiyə bilir, lakin uşaqları bu yolla məhv edirlər. Onların bir hissəsinə çevrilmək, uşaqlarla bacardığımız qədər çox ünsiyyətdə olmalıyıq . Ən böyük saf, təmiz, yalansız sevgi uşağın sizə bəslədiyi sevgidir. Harda sevgi varsa , orda Allah var! L. Tolstoy demiş: "Uşaqlar sevginin özüdür" .

Uşaqlar kin saxlamaz, uşaqlar yalandan sevməzlər insanı. Onlarla ünsiyyətdə olarkən göz təması qurun . Onları gün ərzində 8 dəfə, vaxt azlığı olarsa 4 dəfə qucaqlamalı, onlar sizi hiss etməlidir. O mələklərin sizin sevginizə ehtiyacı var.

Necə ki, yeməklərini verirsiniz vaxtında, bunu etmək ondan da vacibdir və borcumuzdur. Gələcəyinizi sevgi ilə yetişdirin. Uşaq vaxtı övladına necə davrandınsa, gələcəyini də elə yaşayacaqsan, ata-ana buna əmin ol!

Bunu heç olmasa öz xətrinizə, qocalığınızın, gələcəyinizin, yaşlaşmanızın xətrinə edin. Onların gələcəyi sizin yaşlılıq zamanınızdır, unutmayaq. Ruhunuzun sağlam olmasını istəyirsinizsə, uşaqlarla vaxt keçirin. Dostayevski demiş: "Tərbiyə edərkən cəzadan uzaq durmaq mütləqdir". Cəza uşağın psixoloji inkişafını ləngidir, təmas qurma hisslərini məhv edir. Uşaq cəza aldıqca hisslərini itirəcəkdir, unutmayın! Şiddət və qorxu tərbiyə üsulu deyil. Əksinə, uşağı yalan danışmağa aparır və səndən uzaqlaşdırar . Özünüz də bəzən bilmədən gələcəyinizi bərbad vəziyyətə gətirirsiniz. Bir uşağın üç valideyni var; atası, anası və ona olan münasibət. Üçüncü valideyn ən əsas valideyndir, unutmayaq. Onlar gələcəyinizdir.

Sizin gələcəyiniz unutmayın, yaşlanma zamanımıza gedir ... Arzum, yaşlanma zamanınızı gözəl rahat keçirəsiniz .

Valideynlər, maariflənin, uşaqla münasibət necə qurulur mövzusunda . Əziyyətinizi düzgün çəkin. Nə əkərsinizsə, onu da bişəcəksiniz. Uşaq yoxdur, insan var! Uşaqla ünsiyyət zamanı bunu unutmayın!

Картинки по запросу Elnarə Fətullazadə

Elnarə Fətullazadə

Pedaqoq, ibtidai sinif müəlliməsi

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az