NATO və Rusiya arasında Arktika uğrunda mübarizə qızışır

NATO və Rusiya arasında  Arktika uğrunda mübarizə qızışır

Son illərdə mütəmadi olaraq Rusiya və NATO gücləri arasında mübarizənin kəskinləşdiyini göstərən hadisələr baş verməkdədir. Bu baxımdan NATO gəmilərinin mütəmadi olaraq Arktika ətrafında görünməsi Rusiyanı ciddi şəkildə narahat etməkdədir. Buna cavab olaraq Rusiyanın Şimal donanması ölkə sahillərində NATO gəmilərinin peyda olması ilə əlaqədar çoxsaylı təhlükəsizlik tədbirləri həyata keçirməkdədirlər. Buna baxmayaraq Rusiyanın şimal sahillərinə, Barents dənizinə NATO gəmiləri daxil olmaqdadavam edirlər. Bu dəfə Barents dənizi sularına Fransanın "Fregat Aquitaine" gəmisi daxil oldu. Bundan əvvəl fransız gəmisi Lofoten adalarının şərqindəki Norveç donanması ilə 3-4 iyuna qədər birgə keçirilən dəniz təlimlərində iştirak etmişdi. Bu, NATO-nun dəniz qüvvələrinin bu il Rusiyanın Arktik sərhədlərinə ikinci səfəridir.

Bu ilin may ayının əvvəlində son onilliklərdə ilk dəfə olaraq ABŞ və Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələrinin dörd gəmisindən ibarət xüsusi qrup Barents dənizinə daxil olub. Onların aktivliyinin qarşısını almaq üçün şimal donanması (SF) Alyans gəmilərinin Rusiyanın Arktika sahilinə keçməsinə mane olan qarşılıqlı hərbi manevrlər təşkil edib. O zaman Rusiya Silahlı Qüvvələri Baş əməliyyat İdarəsinin rəisi general-polkovnik Sergey Rudskoy NATO gəmilərinin Barents dənizindəki hərəkətlərini təxribat kimi qiymətləndirmişdi. Onun sözlərinə görə, mayda Rusiyanın Arktik sahillərinə səfəri zamanı alyans qüvvələri Rusiyanın strtaeji baxımdan önəm daşıyan obyektlərinin yerini öyrənməyə və ballistik raketlərin havadaca məhv ediməsi imkanlarını nəsnəzərdən keçirməyə cəh, onu təkmilləşdirməyə cəhd edib. Fransız fregatının indi də analoji vəzifəni həyata keçirdiyi istisna edilmir və Şimal donanmasının dəniz qüvvələri elə həyasız cəhdlərin artıq müqavimət göstərməyə hazırlaşır. Ötən cümə günü Rusiyanın Müdafiə İdarəsinin Milli Mərkəzi bildirib ki, SFN iyunun 5-də Barents dənizinə daxil olan "Aquitaine" raket silahı ilə freqatın hərəkətlərini izləməyə başlayıb. Şənbə günü SF-nin mətbuat xidməti 10 gəmidən ibarət Kolskaya donanmasının bu günlərdə Barents dənizində təlim atışları ilə manevrlər keçirdiyini söylədi. Təlimin məqsədi Arktikada dəniz kommunikasiyalarının müxtəlif müdafiə qüvvələri qruplarının ehtimal olunan düşmən hücumuna qarşı hazırlamaq idi. Bundan əlavə həmçinin, bir neçə atom və dizel-elektrik sualtı qayıqlarının yeni təlimlər keçirdiyi də məlum olub. Hərbi dəniz təlimlərində şərti düşmən gəmisinə atəş açılıb və məhv edilib. Hərbi dəniz təlimlərində Fransa gəmisinin potensial rəqib rolunda görünüb-görünmədiyini Rusiya Federasiyasının hərbi idarəsi bildirməyib. Lakin məlumdur ki, yalnız dənizdə deyil, quru ərazisinin dərinliklərindəki (1000 km-ə qədər) hədəflərə xələl gətirə biləcək "Aquitaine" freqatı 2018-ci ilin aprelində Rusiyanın Aviasiya və hava hücumlarının obyektlərinin və bölmələrinin yaxınlığında yerləşən Suriyadakı hədəflərinə raket zərbələrinin vurulmasında iştirak edib. Lakin, o zaman rusiyalı hərbçilərdən heç biri zərbələrdən əziyyət çəkmədi. Ola bilsin buna səbəb NATO güclərinin düşmənə endirdiyi zərbələrin daha çox qarşı tərəfi qorxutmaq olması olub.
Xatırladaq ki, Arktikada Rusiyanın fəaliyyətinə mane olmaq üçün ABŞ və onun müttəfiqləri daha çox Norveç amilindən istifadə edirlər. Hələ fransız gəmisi Arktikanın sahil sularına daxil olmazdan əvvəl Fransa Hərbi Dəniz Qüvvələrinin komandanlığı rəsmi olaraq bəyan etdi ki, Aquitaine ekipajı qütb dairəsinə daxil olacaq. Məqsəd bu bölgəni və onun xüsusiyyətlərini öyrənmək və orada Fransız bayrağının varlığını nümayiş etdirməkdır. Paris bununla da Arktikada söz sahibi olduğunu sübut etmək istəyir. Bu müstəvidə də fransız freqatı Norveç sahillərindəki Thor Heyerdhal və HNoMS Fridjof Nansen , həmçinin HNoMS Uredd sualtı, Skjol gizli patrul və F16 qırıcı təyyarələr ilə birgə qarşılıqlı geniş miqyaslı manevrlərdə iştirak etdi. Fransa Hərbi Dəniz Qüvvələrinin informasiya strukturları birgə təlimlərdə göyərtəsində "NH90 NFH" ("Kayman") vertolyotlarının olduğu gəmi vasitəsi düşmənin yeraltı və yerüstü hədəflərinin məhv edilməsi taktikasının sınaqdan keçirildiyini bəyan ediblər. Məlumatda qeyd edilir k, hərbi dəniz təlimlərində qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilib və bu sınaqlar ümidvericidir.

"NATO ölkələrinin hərbi gəmiləri, əlbəttə ki, Barens dənizində qala bilərlər. Və təbii ki, onlar müttəfiqlərinin gəmiləri ilə qarşılıqlı əlaqə saxlayacaqlar ki, biz ötən həftə Fransız fregatı Aquitaine-in iştirakı ilə manevrlərdə müşahidə etdik"- deyə uzun müddət SFİN submarinlərdə xidmət edən Ümumrusiya Hərbi qulluqçuların peşəkar İttifaqının Mərkəzi Komitəsinin sədri, ehtiyatda olan kapitan Oleq Şvedkov deyir. "Dünya soyuq müharibə dövrünə qayıdır. NATO ilə Rusiyanın qarşıdurması, o cümlədən Arktika regionunda da artmaqdadır. Görünür, Alyans Rusiya Federasiyasının Arktik sərhədləri yaxınlığında daimi hərbi varlığını nümayiş etdirmək qərarına gəlib. Bununla da onların qarşısına Rusiyanın şimal donanmasını daim gərginlikdə saxlamaq vəzifəsi qoyulur".

Ekspertin fikrincə, yaxın vaxtlarda Fransa freqatının ardınca biz Şimal dəniz yolu yaxınlığında (SMP) və NATO-nun digər ölkələrinin hərbi gəmilərini görəcəyik. "Buna cavab olaraq, Rusiya Arktik regionun təhlükəsizliyinin təmini üçün hərbi imkanlarını gücləndirməkdə davam edəcək", – deyə Şvedkov bildirib. İyunun 5-də Rusiya prezidenti Vladimir Putinin Rusiyanın yeni hərbi-inzibati bölgüsü haqqında Fərmanının imzalanmasını da bu istiqamətdə atılan addım hesab etmək olar. "Bundan sonra SF yalnız dənizdə müdafiə üçün deyil, həm də torpaqda – Komi Respublikasının, Arxangelsk və Murmansk vilayətlərinin, həmçinin Nenets Muxtar dairəsinin ərazisində düşmənin gözlənilən hucumuna qaşı cavab tərdbirləri hazırlayacaq", – deyə ekspert qeyd edib.

Ehtiyatda olan general-leytenant Yuri Netkaçev "NQ"-yə açıqlamasında bildirib ki, Şimali donanmanın ayrıca hərbi-inzibati vahid statusuna malik olması Arktika strateji istiqamətində müdafiə məsələlərinin həllinə kömək edəcək. Lakin Rusiya Şimal dəniz yolu layihəsini (SMP) inkişaf etdirdiyindən bu, sırf hərbi vəzifə olmayacaq. "SMP-nin təhlükəsizliyi üçün SF məsuliyyət daşıyacaq və donanmaya daxil olan bölgələr səfərbərlik, təsərrüfat vəzifələrini yerinə yetirəcəklər. Bu qurumda NATO ilə münaqişənin kəskinləşdirilməsinə və hərbi qarşıdurmaya yer yoxdur", – deyə Netkaçev bildirib. O, 2019-cu ilin dekabrında SMP-də xarici hərbi gəmilərin mövcudluğuna qarşı çıxmış Rusiya Baş Qərargah rəisi Valeri Gerasimovun bəyanatına diqqət çəkir: "Silahlı Qüvvələrimiz Şimali dəniz yolu akvatoriyasında gəmiçiliyin təhlükəsizliyini tam şəkildə təmin etmək iqtidarındadır".

Beləliklə Arktika uğrunda Rusiya ilə NATO arasında rəqabət yeni mərhələyə qədəm qoyub. Bu rəqabətdən NATO-nun, yoxsa Rusiyanın qalib çıxacağını isə gələcək göstərəcək.

Emin Axund


Oxuməni.az

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az