Vladimir Putinin ilk idman müəllimi: Anatoli Raxlin

Vladimir Putinin ilk idman müəllimi: Anatoli Raxlin

Rusiya Prezidenti Vladimir Putin hazırda dünyanın ən nüfuzlu adamlarından biridir. Lakin onun taleyi də, bütöv bir ölkənin tarixi də, əgər Vladimir Vladimiroviçin birinci məşqçisi olmasaydı, başqa cür ola bilərdi. Anatoli Raxlin gələcək prezidenti özünümüdafiə üsullarına öyrətməklə yanaşı, onun müəllimi, rəhbəri və mehriban dostu idi.

Ədalətsizliyə nifrət
Anatoli Raxlin 1938-ci ildə Leninqradda anadan olub və uşaqlıq dövründə Leninqrad blokadasının dəhşətlərini yaşayıb. 872 günlük blokada illəri onun xarakterində ağır bir iz buraxmışdır. O, ədalətsizliyə nifrət edirdi və onunla barışa bilmirdi. Müharibədən sonrakı dövrdə məktəbdə sinif yoldaşları yəhudi millətindən olan bu oğlanla kobud zarafat edirdilər. O zaman Leninqradda (indiki Peterburqda) antisemit əhval-ruhiyyəsi yayılmışdı. Raxlin özünü müdafiə etməli, tez-tez onlarla mübarizə aparmalı idi. Bütün bunlar da onda sərt xarakter və xüsusi həyat fəlsəfəsini formalaşdırırdı.

Anatoli Solomonoviç çətin xarakterə malik olduğunu gizlətmirdi. O, yalana dözməyib və həmişə insanlarla ünsiyyətdə mümkün qədər sadə olub. Buna təkbətək döyüşlərə olan məhəbbət də əlavə olundu. Cavan oğlan özünü yaxşı göstərdi, amma eyni zamanda başa düşürdü ki, heç vaxt ən yaxşılarından biri ola bilməz. Çünki çox gec sambo və cüdo ilə məşğul olmağa başlamışdı. Ona görə də o, məşqçi olmağı qərara aldı.

Putinlə ilk görüş
1964-cü ildə Raxlin Leninqradda "Əmək" İdman Cəmiyyətində uşaqlarla işləməyə başlayıb. Dekabristlər küçəsindəki bir evdə ona çox kiçik bir salon verildi. 1965-ci ilin yanvarında isə 13 yaşlı Putin Raxlinin məşqçi olduğu məktəbə gəldi. Ona həmyaşıdları bu məktəb haqqında xeyli tərifli sözlər demişdilər.

"Volodya idman zalına gəldikdə, mən yalnız daha güclü olmaq istəyən bir oğlan gördüm. O, əsl kişi məşğuliyyətini istəyirdi. Mən onun gəlişinin səbəbləri barədə soruşmamışam. Mən heç vaxt heç kimdən imtina etməmişəm, mənim qaydalarımda seçim etmək, güclü, perspektivli adamları seleksiya etmək yox idi", – deyə Raxlin sonralar bildirmişdi.

Gələcək prezident də sonralar Raxlinlə ilk görüşünü xatırlayaraq ona çox heyran olduğunu söyləmişdi: "Kim nəyə qadir idi bacardığını göstərməyə çalışırdı. Lakin Anatoli Solomonoviç, ən yaxşı nəticəni göstərənləri deyil, öz üzərində var gücü ilə işləməyi bacaranları sevirdi.O bizə deyirdi ki, insanlarda ilk növbədə xarakterləri, çətinliklər qarşısında ruhdan düşməyənləri, sona qədər mübarizə aparmaq meyllərini qiymətləndirir".

Raxlin məşqlərdə xüsusi atmosfer yaratmağı bacarırdı. O, 100-dən artıq idman və beynəlxalq dərəcəli idman ustası hazırlamışdı. Məşqlərdə o, bəzən çox sərt ola bilərdi, lakin bu zaman insan keyfiyyətləri hər şeydən yüksək qiymətləndirirdi. O, yalnız məşqçi deyil, müəllim, əsl rəhbər idi. Təsadüfi deyil ki, onun bütün yetirmələri öz aralarında dostluq ediblər. Həmin qrup şagirdlərdə Vladimir Putinlə yanaşı, indi tanınmış siyasətçilər və biznesmenlər – Arkadi və Boris Rotenberq, Valentin Stepanov, Nikolay Kononov və başqaları da var idi.

"Mən onu sevirdim. Əslində, Anatoli Solomonoviç məni küçədən çıxardı və idmanla məşğul olmağa imkan verərək, mənim şüurumu və həyat prioritetlərimi əhəmiyyətli dərəcədə dəyişdi. Bu mənada mənim taleyimə təsir edib", - deyə Putin xatırlayır.

Müəyyən məqamda Putinin valideynləri onun təkbətək döyüşlə məşğul olmasına etiraz etməyə başladılar. Onlar əmin idilər ki, idmanla çox fəal məşğul olmaq onların oğlunu məktəbdə oxumaqdan yayındıra və müvəffəqiyyətlərinə mənfi təsir göstərə bilər. Onlara bu döyüş növü çox aqressiv təsir bağışlayırdı və deyirdilər ki, sifəti vurub dağıtmaq lazım deyil.

Raxlin şagirdin ailəsinə gəldi və uzun müddət Putinin valideynləri ilə söhbət etdi, sambonun niyə heç bir kəsə zərər vermədiyini onlara başa saldı və sonda onları özünə inandırdı

Rahlin bütün şagirdlərinə belə diqqət göstərdi. O, həm texnikumlara, həm də məhkəmələrə gedərək hər yerdə şagirdlərinin məşğul olmasına mane olanları özünə inandıra bilirdi.

Şagirdlər də bunu yüksək qiymətləndirdilər və məşqçisini heç vaxt unutmadılar. Vladimir Putin, hətta Leninqrad və region üzrə DTK İdarəsində işləyərkən belə, Raxlinlə məşq etməyə davam etdi. O, Rusiya prezidenti olduqdan sonra da Raxlinlə əlaqələri kəsmədi.

2013 - cü ildə Putin şəxsən məşqçisinə fəxri ordeni təqdim edib, Bundan cəmi bir neçə ay sonra isə Anatoli Raxlin uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib. Putin bütün işləri təxirə saldı və Cüdo Mərkəzinə vida mərasiminə gəldi. Sonra isə uzun müddət təklikdə gəzdi. Həmin vaxt yəqin ki, Putin Anatoli Solomonoviçin onun həyatında hansı rolu oynadığını xatırlayıb.

Emin Axund

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az