Rusiya sülhməramlı adı altında Azərbaycana Suriyada və Çeçenistanda döyüşən muzdluları gətirir: Moskva bölgədə çirkin oyunlara başlayıbmı?

Rusiya sülhməramlı adı altında Azərbaycana Suriyada və Çeçenistanda döyüşən muzdluları gətirir: Moskva bölgədə çirkin oyunlara başlayıbmı?

Rusiya sülhməramlı adı altında Suriyada və Çeçenistanda döyüşən və xüsusi qəddarlığı ilə pis ad çıxaran muzdluları Azərbaycana gətirir. İndiyədək 20-25 təyyarə ilə təxminən 6 min nəfərə yaxın qəddarlığı ilə ad çıxaran muzdlu sülhməramlı adı altında Azərbaycana gətirilib. Halbuki sənəddə cəmisi 1960 sülhməramlıdan söhbət gedir. Belə başa düşmək olar ki, buna nəzarət edən yoxdur. Belə ehtimal etmək olar ki, Suriyada və Çeçenistanda döyüşlərdə iştirak edən və istər dinc əhaliyə, istərsə də hərbçilərə qarşı xüsusu amansızlığı ilə seçilən muzdluları sülhməramlı adı altında Azərbaycana gətirməklə Rusiya bölgədə çirkin niyyətlərini həyata keçirməyi planlaşdırıb. Bunun qabağını kim alacaq, niyə bu məsələ rəsmilərimiz tərəfindən gündəmə gətirilmir? Bunu başa düşə bilmirəm. Sülhməramlının 360 zirehli texnika, 8-10 hərbi helikopter nəyinə lazımdır? Digər tərfədən də Rusiya sülhməramlılarına Çeşenistan və Suriyadakı döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Milli Qəhrəman adına layiq görülən və milliyətcə tabasaranlı olan general Rüstəm Muradovu təyin edib. Amma Azərbaycan Rusiya üçün Suriya və Çeçenistan deyil və bunu Moskvada da yaxşı bilirlər. Yenə də istər-istəməz düşünməli olursan ki, Rusiya Suriya və Çeçenistanda döyüşən muzdlularını sülhməramlı adı altında Azərbaycana gətirməklə bölgədə hansısa xoşagəlməz planları reallaşdırmaq niyyətindədir.

Diqqətdən kənarda qalan digər bir məsələ də var. Bu da Rusiyanın Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni nəzərdə tutan 5 kilometr eni olan koridor tələb etməsi və Azərbaycandan bununla bağlı istəyini almasıdır. Axı Ermənistana 5 kilometr eni olan koridor verilməsindən məqsəd nədir? Onda bizə də Mehridən 5 kilometr eni olan koridor versinlər. Amma verməyəcəklər. 5 kilometr eni olan koridor Laçının az qala yarısı deməkdir. Koridorun eni olar olar maksimum 50-100 metr. Zənnimcə, bu da Rusiyanın hansısa çirkin niyyətlərindən xəbər verir. Niyə rəsmilərimiz 5 kilometr eni olan koridorun Rusiyanın nəyinə lazım olduğunu müzakirəyə çıxarmır, bunun səbəbini soruşmur, araşdırmır və buna etiraz etmirlər. Bax bunu başa düşmək çətindir. Sonda əmin olmaq istəyirəm ki, rəsmilərmiz, müvafiq qurumlarımız diqqəti cəlb etdiyim məsələləri nəzarət altına götürərək onunla ciddi məşğul olacaqlar.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Elan Elan
Son xəbərlər

2023.10.17

2022.11.15

2022.11.14

2022.11.13

2022.11.12

2022.11.11

2022.11.10

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı şəh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073.
Təsisçi: “Mətbuat” firması. Redaktor müavini: Əziz Mustafayev
Tel.: 012 510 59 89, 077 767 06 66
E-mail: [email protected]
2009-2024 (c) Mediainfo.az